15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Heydər Əliyev Mərkəzində festivalın açılışı olub - Fotolar
Tarix: 01-11-2025 09:04 | Bölmə: Mədəniyyət

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub.
Reyting.az xəbər verir ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan "ART Weekend" bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.
Rəsmi açılışda "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar iştirak ediblər.
Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur. Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində isə "Mənim dənizlərim, mənim okeanlarım" ("My Seas, My Oceans") sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət "Bədii formanın təntənəsi" ("The Triumph of Form") sərgisinin təqdimatı keçirilib.
Açılış tədbirində qonaqlar "DanceAbility Azərbaycan" tərəfindən hazırlanan rəqsi də izləyiblər. "DanceAbility Azərbaycan" İnklüziv Performans Şirkətinin hədəfi ustad dərsləri, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.
İncəsənət festivalının açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, bu günlərdə Azərbaycanda, xüsusilə də Bakı şəhərində çox mötəbər tədbirlər keçirilir. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfədir ki, böyük "Art Weekend" Bakıda keçirilir. A.Ələkbərov qeyd edib ki, festival çərçivəsində paytaxtda 40-a yaxın incəsənət tədbirinin keçirilməsi nəzərdə tutulur: "Çox sevindirici haldır ki, incəsənətsevərlər bu gün burada bir araya gəliblər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqları salamlayıram. Fürsətdən istifadə edərək, Bakı sakinlərini, qonaqlarımızı bu gözəl tədbirləri izləməyə dəvət edirik. Hazırda Heydər Əliyev Mərkəzində ənənəvi sərgilər, konsertlər və konfranslar keçirilir. Bu gün isə məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərləri burada nümayiş etdirilir".
"Bədii formanın təntənəsi" sərgisinin kuratoru, Fernando Boteronun qızı Lina Botero çıxışında atasının yaradıcılığının mahiyyətinin, rəssamlıq və heykəltaraşlığın paralel inkişafı ilə bağlı olduğunu deyib: "Atam bir tərəfdən rəngkarlıqla məşğul olur, digər tərəfdən barmaqlarının gücü ilə formalar yaradaraq heykəllər ərsəyə gətirirdi. Bu gün onun monumental heykəlləri dünyanın bir çox böyük şəhərində sərgilənir. Əsərləri ən məşhur məkanlarda – Parisdəki "Champs-Élysées" prospektində, Nyu-Yorkdakı "Park Avenue"da nümayiş etdirilib. Ötən il, 2024-cü ildə isə Roma şəhərinin tarixi mərkəzində onun növbəti heykəltaraşlıq sərgisi açılıb".
Lina Botero vurğulayıb ki, bu sərgilərdə təqdim olunan əsərlər Fernando Boteronun özünəməxsus, sadə, lakin dərin mənalı yaradıcılıq üslubunu əks etdirir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Azərbaycan rəssamlarının hər zaman Latın Amerikası sənətinə böyük marağı olub: "Həm onun təsviri sənətinə, həm ədəbiyyatına, həm də musiqisinə dərin maraq göstərilib. Bir çox rəssamımız Latın Amerikası sənətkarlarının yaradıcılığından ilham alıblar", - deyə Fərhad Xəlilov diqqətə çatdırıb.
Sonra Fernando Boteronun əsərlərindən ibarət "Bədii formanın təntənəsi" sərgisi ilə tanışlıq olub.
Kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə "Boterismo" üslubunu yaratmış Fernando Boteronun Heydər Əliyev Mərkəzində nümayiş olunan "Bədii formanın təntənəsi" adlı fərdi sərgisində rəssamın 100-dən çox məşhur əsəri təqdim edilir.
Sərgidəki əsərlər kolumbiyalı rəssamın 70 il ərzində yaratdığı sənət nümunələridir. Müəllifin işləri parlaqlığı, həyat doluluğu ilə seçilir. Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb.
Fernando Botero dünyada geniş auditoriyanın diqqətini özünə çəkə bilib.
30-dan çox ölkədə 100-dək muzey sərgisi keçirilən, milyonlarla izləyicisi olan rəssam 20 yaşında Kolumbiyanı tərk etsə də, vətəni hər zaman onun ilham mənbəyi olub. Özünü "kolumbiyalıların ən kolumbiyalısı" adlandıran Boteronun əsərlərindəki mərkəzi mövzu uşaqlıq xatirələridir: Latın Amerikası həyatı, natürmortlar, korrida. Bununla da o, İtaliya intibahının universal ruhunu Latın Amerikasının həyat enerjisi ilə birləşdirib.
Heydər Əliyev Mərkəzində təqdim olunan "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin əsas mövzusu isə "Art Weekend" layihəsi ilə birbaşa əlaqəlidir. Festivalın əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin əsas məqsədi də su ehtiyatlarının qorunmasına çağırışdır. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır. 2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan sərgi Bakıda ilk dəfədir təşkil edilir.
Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərlər təqdim olunur. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir edilir. Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işlər vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.
Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarışını dünyaya ötürür.
İtalyan heykəltaraş Cüzeppe Karta jurnalistlərə açıqlamasında "Art Weekend"in beynəlxalq səviyyəli tədbir olduğunu və layihənin şəhərin müxtəlif məkanlarında keçirildiyini bildirib. O qeyd edib ki, bu gün XX əsrin ən görkəmli heykəltaraşlarından olan Fernando Boteronun sərgisi açılır: "Düşünürəm ki, bir çox insan hələ onun yaradıcılığı ilə tanış deyil və bu sərgi onlar üçün maraqlı bir kəşf olacaq".
İncəsənət müşaviri və kurator Viola Raikhel Azərbaycanda olduğu üçün böyük qürur hissi keçirdiyini bildirib: "Çox maraqlı bir həftəsonu yaşayırıq. Burada, Heydər Əliyev Mərkəzində bu qədər qeyri-adi sənət nümunələrini görmək məni tamamilə heyrətləndirir".
Nyu-Yorkdan gələn naşir Sem Moris Azərbaycana ilk səfəri olduğunu bildirib. O qeyd edib ki, Bakının möhtəşəm memarlığı, ləziz təamları və zəngin mədəniyyəti var. "Zənnimcə, incəsənətdən dünyaya vacib mesajların yayılması üçün bir platforma kimi istifadə zəruridir. Təkrar emal, aşağı karbon izinə sahib olmaq və okean həyatına hörmətlə yanaşmaq okeanları təmiz saxlamaq səylərinə böyük töhfə verə bilər", - deyə Sem Moris diqqətə çatdırıb.
İncəsənət tarixçisi və kuratoru Zelfira Tequlova bildirib ki, XX əsrin ən görkəmli rəssamlarından olan Fernando Boteronun sərgisinin açılışı Bakıda "Art Weekend"ə təsadüf edir. "Onun sənəti hər kəsə xitab edir, çünki böyük pozitiv enerji daşıyır, həm milli Kolumbiya ənənələrinə, həm də Meksikanın muralist məktəbinə bağlıdır. Eyni zamanda, Avropa klassik incəsənətinin dərin biliklərini özündə əks etdirir. Botero bütün bu təsirləri bənzərsiz şəkildə birləşdirir. Belə bir sənət hadisəsini Bakıda yaşamaq böyük sevincdir", - deyə Zelfira Tequlova diqqətə çatdırıb.
Qeyd edək ki, paytaxtımızda ilk dəfə təşkil olunan "ART Weekend" festivalı noyabrın 2-dək davam edəcək.

Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək