15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi
Tarix: 13-04-2019 00:19 | Bölmə: Mədəniyyət

Elnur Zeynalov: “Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun viran qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir”
Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində Məcnun, Qərib, Kərəm obrazlarını istedadla yaradan Elnur Zeynalov daim axtarışdadır. Qalmaqallardan, sənətdəki çəkişmələrdən həmişə uzaq olan xanəndə muğamlar, xalq və bəstəkar mahnıları üzərində çalışır, konsertlər verir, dövlət tədbirlərində çıxış edir, ustadlarından mənimsədiklərini gənc pedaqoq kimi Bakı Musiqi Kollecindəki tələbələrinə öyrədir.
Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb, “Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Müsahibimin fikrincə, hər bir sənət adamının həm də vətəndaş mövqeyi olmalıdır. Mətndəki yeni redaktə doğma yurdu Qarabağın erməni işğalına biganəlik göstərən dünya ictimaiyyətinə onun bir etirazıdır.
– İstərdim söhbətə “Qarabağ şikəstəsi”nə etdiyiniz düzəlişdən başlayaq…

– Qarabağ hər birimizin yaralı yeridir. Dədə-baba torpağımın, doğulduğum Ağdamın erməni işğalçılarının tapdağı altında qalması ürəyimi göynədir. Səhnədə, telekanallarda, radio efirlərində çıxışlar zamanı qəlbimin ağrılarını tamaşaçılara, dinləyicilərə çatdırmağa çalışıram. Amma hər dəfə hiss edirdim ki, nəsə çatmır, daha nələrsə etmək lazımdır. Yaxın bir dostumla bu barədə çoxdan idi düşünürdük, nəhayət qərara gəldik və “Qarabağ şikəstəsi”nin mətninə düzəliş elədik.
Sənət bilicilərinə məlumdur ki, “Qarabağ şikəstəsi” xanəndəlik sənətimizdə şikəstənin iki növündən biridir və XIX əsrdən başlayaraq zərb muğam kimi ifa edilir. Xalq bayatılarından alınan sözlərində sevgi ilə yanaşı iztirab, ağrı-acılar əks olunub.
Məhz buna görə də “Qarabağ şikəstəsi”nin üzərində dayandıq. Tamaşaçı və dinləyicilər klassik sənətkarlarımızın, müasir xanəndələrimizin ifasında həmişə aşağıdakı variantı eşidiblər:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Mənim yeni ifamda isə mətn belədir:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə döndü,
Viran qaldı Qarabağ.
Bu, dövlətimizin, xalqımızın sənətlə məşğul olan bir vətəndaşı, Qarabağlı övladı kimi ürəyimdən keçənlərdir. Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir.
Sonrakı iki kupletin sözlərini isə şair dostum Sayman Aruz qələmə aldı:
Əzizinəm Qarabağ,
Qara torpaq, qara bağ.
Bülbüllər köçən gündən,
Viran qaldı Qarabağ.
Əzizinəm ağrı var,
Sinəmizdə ağrı var.
Sağ tərəfdə Savalan,
Sol tərəfdə Ağrı var.
Haray, haray, Göyçə göllü
Göz yaşım haray…
– Klassik sənətdə, muğamda hər hansı bir yenilik birmənalı qarşılanmır. Sizin etdiyiniz dəyişiklik də yəqin ki, qınağa tuş gələcək, tənqid olunacaq. Bu cür reaksiyalara hazırmısınız?
– Tənqid deyəndə ki, kim nə istəyir deyə bilər, indi bunun üçün hər cür şərait də var. Lakin bir məsələni qeyd edim ki, mən “Qarabağ şikəstəsi”nin musiqisinə hansısa dəyişiklik etməmişəm, mətninə əl gəzdirmişəm. Söhbətimizin əvvəlində dediyim kimi, bunu da əsaslandırıram və hesab edirəm ki, arqumentim əsaslıdır. Bu gün bəzi telekanallarda, radiolarda bayağılıq baş alıb gedir, bilmirsən oxuduqları meyxanadır, ya da mahnıdır? Hər gün insanların zövqünü korlayır, mənəviyyatına zərbə vurmağa çalışırlar. Mənə etiraz etmək istəyənlər bu barədə düşünsələr daha doğru olar.
Ermənistan bəzi dövlətlərə, beynəlxalq təşkilatlara arxayın olub doğma vətənim Qarabağı viran qoyur, buna etiraz etməməliyəm? Mən xanəndəyəm, siyasətçi deyiləm, amma sənətimin verdiyi imkanlardan istifadə edib etirazımı çatdırmaq istəyirəm.
– Qarabağın azad olunacağına inanırsınızmı?
– Əlbəttə! İnanmasam bir gün də oxuya bilmərəm. Azərbaycanın necə bir qüvvətli dövlətə çevrildiyi göz qabağındadır. Sabitlik, inkişaf hər kəsdə sabaha inam oyadır. Bu günlərdə “Aprel zəfəri”nin ildönümünü qeyd elədik, həmin hadisələrdə ordumuz öz gücünü, qətiyyətini düşmənə, onun havadarlarına da necə lazımdırsa elə də göstərdi. Dövlətimin gücünə və Ali Baş komandanıma inanıram. Əminəm ki, bizim belə qələbələrimiz hələ çox olacaq.
– “Qarabağ şikəstəsi”nin yeni variantda klipi olacaqmı?
– Vallah, dəqiq hələ heç nə deyə bilmirəm. Nəsə yeni bir şey oxuyanda heç zaman əvvəldən düşünmürəm ki, klip olsun, konsert edim, nə bilim, sonra nələr edim… Bütün bunları zamanın ixtiyarına buraxıram.
– Akademik Opera və Balet Teatrının solistisiniz, şərəfli tarixi olan bu kollektivdə çalışan hər bir gənc xanəndənin ən böyük arzusu “Leyli və Məcnun”da Məcnunu oynamaqdır. Sizə Məcnunu, “Aşıq Qərib”də Qəribi, “Əsli və Kərəm”də Kərəmi yaratmaq nəsib olub. Teatrda həyata keçməyən hansısa bir arzunuz varmı?
– Bu böyük sənət ocağına işə qəbul olunduğum gündən 10 il keçir. İlk rolum Məcnunun atası olub. Teatrın direktoru Akif Məlikova, baş rejissorumuz Hafiz Quliyevə çox minnətdaram ki, mənə inandılar. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası yeni quruluşda hazırlananda mənə Qərib rolunu verdilər. Sonra isə mənə daha bir məsuliyyətli obraz həvalə edildi- Kərəmi oynadım. Məlum olduğu kimi, Üzeyir bəyin “Əsli və Kərəm” operası sonuncu dəfə 1988-ci ildə teatrın səhnəsində tamaşaya qoyulmuşdu. 23 illik fasilədən sonra teatrın rəhbərliyi yenidən bu əsərə müraciət etdi və Kərəmi oynamaq mənə qismət oldu. Kərəm rolundan sonra görünür mənə olan inam daha da artdı və “Leyli və Məcnun”da Məcnun obrazı etibar edildi. 6 ay çəkən gərgin məşqlərdən sonra Məcnun kimi səhnəyə çıxdım. Bu uğurda mənə dəstək olan teatrımızın rəhbərliyinə, kollektivin hər bir üzvünə, tərəf müqabilim, Əməkdar artist Arzu Əliyevaya, məsləhətlərini əsirgəməyən ustadlarıma bir daha minnətdarlığımı bildirirəm.
Sualınızın cavabına gəlincə, baş rolları oynamaq hələ sənətin zirvəsini fəth etmək anlamına gəlmir. Hələ üzərimdə çox çalışmalıyam, öyrənməliyəm.
– VII Muğam Televiziya Müsabiqəsi keçirilir və həmişəki kimi böyük maraqla izlənilir? Favoritiniz varmı?
– Muğam Televiziya Müsabiqəsi yarandığı gündən həqiqətən də ciddi bir sənət yarışmasına, əsl mədəniyyət hadisəsinə çevrilib. Belə bir müsabiqə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama, musiqimizə necə böyük diqqət və qayğı ilə yanaşdığının göstəricisidir. Budəfəki yarışmanı da izləyirəm, diqqətimi çəkən gənc ifaçılar var. Amma favorit kimi kimlərisə ayırmaq hələ tezdir məncə, çünki müsabiqə yeni başlayıb, ola bilsin gənc ifaçılardan bəziləri hələ öz potensiallarını tam göstərməyə imkan tapmayıblar. İnanıram ki, sonda ən istedadlıları qalib gələcək.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək