15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rəşad Əhmədzadə: “Beynəlxalq festivallarda iştirakımız ölkə teatrları üçün də uğurdur” - Müsahibə
Tarix: 25-06-2025 14:55 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə müsahibəni bir müddət öncədən planlaşdırmışdıq. Lakin iş elə gətirdi ki, teatrın kollektivi bir neçə beynəlxalq festivalda iştirak etdi. Biz də kuklaçılarımızın xarici ölkələrdən qayıtmasını gözləməli olduq.
Bacarıqlı teatr təşkilatçısı Rəşad Əhmədzadə ilə söhbəti üç müxtəlif beynəlxalq festivalda iştirakın yekunlarının hesabatı da saya bilərik...
- Azərbaycan Dövlət Kukla Teatrı son vaxtlar bir neçə ölkədə keçirilən beynəlxalq festivalda iştirak edib. Bu günlərdə isə Rusiyanın Sankt-Peterburq şəhərindən qayıtmısınız. Elə söhbətə sonuncudan başlamaq istərdik...
- Bu il Azərbaycan Dövlət Kukla Teatrının festival gündəliyi zəngindir. Qeyd etdiyiniz kimi, teatrımız son üç ayda üç ölkədə - Türkiyədə, Qazaxıstanda və Rusiyada beynəlxalq teatr festivallarında iştirak edib. İlk olaraq Türkiyədə təşkil edilən IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etdik. Beynəlxalq sənət bayramı 21-25 apreldə Ankarada, bir gün sonra isə İstanbulda keçirildi.
Daha sonra Azərbaycanda və Özbəkistanda davam edən həmin festivala mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətində yekun vuruldu. Ölkəmizi bu maraqlı beynəlxalq festivalda təmsil edən kollektivimiz qardaş Türkiyədə “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim etdi.
Oxucuların diqqətinə çatdırım ki, Azərbaycan Dövlət Kukla Teatrı ötən il Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı ilə sıx əməkdaşlıq qurub. 2024-cü ildə üçüncü dəfə keçirilən festival coğrafiyasını genişləndirərək bağlanış mərasimini Bakıda təşkil etmişdi. Bu, tədbirin Ankara, İstanbul və Bakı şəhərlərini əhatə etməklə kukla sənətçilərini bir araya gətirməsinə imkan yaratmışdı.
Festivalın təşkilinə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), eləcə də Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrı dəstək verir.
İkinci səfərimiz Qazaxıstana oldu. Kuklaçılarımız 20-26 may aralığında Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında “Melisa” tamaşası ilə çıxış edərək Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin xüsusi təşəkkürnaməsini aldıq.

İştirak etdiyimiz üçüncü festival Rusiyanın mədəniyyət paytaxtı Sankt-Peterburqda keçirildi. Kollektivimiz 10-16 iyun tarixlərində Sankt-Peterburq şəhərində təşkil olunan II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında da uğura imza atdı.
Qeyd edim ki, E.S.Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi və “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirdiyi bu tədbir kuklaçıları bir araya gətirməklə yaradıcı tandemə təkan oldu.
Ümumiyyətlə, son 10 ildə biz festivallarda iştirak üçün heç kimə müraciət etmirik. Əksinə, bizim festivalda iştirakımızı xahiş edirlər və dəvət edən tərəf bütün xərclərimizi ödəyir. Qazaxstan səfərimiz isə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Haqqında söhbət açdığınız son səfərimizə gəlincə, maraqlı və dolğun təəssüratla dönmüşük. Festival üçün “İnnab ağacı” tamaşasını hazırlamışdıq və səhnə əsərinin premyerası da Sankt-Peterburqda oldu.
Məlumat üçün deyim ki, tamaşa iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr edilib.
- Əfsanəvi sərkərdə haqqında tamaşa hazırlamaq ideyası necə yarandı?
- Söhbətimizin əvvəlində vurğuladığım kimi, Rusiyadakı festival faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuşdu. Biz də festivala dəvət alanda fikirləşdik ki, Həzi Aslanov haqqında tamaşa hazlırlayaq. Təsadüfi deyil ki, qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir.
Həm də Həzi Aslanovun şəxsiyyəti, sərkərdə bacarığı, müəmmalı ölümü mənim üçün həmişə maraqlı olub. Bədii Şurada bu məsələ ilə əlaqədar Həzi Aslanovun şəxsiyyəti və ümumiyyətlə, Azərbaycanın bu müharibəyə verdiyi töhvələr haqqında bir əsərin yaranması barədə fikirlərimi dedim. Bədii Şura üzvləri də çox sağ olsunlar, təklifimi bəyəndilər. Çünki bu il həm də bizim Qarabağ Zəfərinin beş ili tamam olur. Yəqin ki, bir az da bu məsələ bizi ilhamlandırdı.
Bilirsiniz ki, Kukla teatrında bu mövzuda tamaşaların hazırlanması bir az qəliz məsələdir.Teatrın baş rejissoru Anar Məmmədovla uzun söhbətlərimiz oldu. Nəticə də Bədii Şurada qeyd etdiyimiz məsələlər əsas götürülməklə Sevinc Nuruqızıya pyes yazılması ilə bağlı müraciət etdik. Qısa müddət ərzində pyes hazır olduqdan sonra Anar Məmmədov tamaşa üzərində işləməyə başladı. Bu proses də digər tamaşalara nisbətən bir az uzun və ağır oldu. Tamaşanın premyerası 13 iyun tarixində Sankt-Peterburq şəhərində keçirildi. Çox uğurlu alındı. Həm Rusiyanın tanınmış incəsənət adamları, həm də tamaşaçılar tərəfindən çox yaxşı qarşılandı. Festivalın bağlanışında isə teatrın rəhbərliyi və digər insanlar bu tamaşadan sonra internet vasitəsilə Həzi Aslanov barədə məlumatlar öyrəndiklərini və Həzi Aslanovun çox böyük qəhrəman və sərkərdə olduğunu dilə gətirdilər.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb. Pyesi rus dilinə Elşadə Əzizova tərcümə edib. Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib. Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar.
Ümumilikdə dünya kukla teatrları və festivalları sıralamasında xüsusi yeri olan Demmeni adına Marionet Teayrı və festival ilə Azərbaycan Dövlət Kukla Teatrının uzunmüddətli səmərəli əməkdaşlığı mövcuddur və bu dəvət də həmin əlaqənin uğurlu davamıdır.
Demmeni teatrı ilə qarşılıqlı yaradıcı münasibətlərimiz artıq 15 ilə yaxındır. Bir də, bu, digər teatrlarla müqayisədə bizə bir az doğma sayıla biləcək teatrdır.
Teatrımızın tarixinə nəzər salsanız, Mollağa Bəbirli Azərbaycanda Kukla teatrını, Sankt-Peterburqda Demmeni ilə görüşdükdən sonra yaradıb. Demmeni teatrı isə Rusiyada yaradılan ilk marionet teatrı olub. Beləliklə, bizim teatrın tarixinə fikir versəniz, görərsiniz ki, teatrımız Obraztsov teatrından yaşça bir az böyükdür.
2014-cü ildə Demmeni teatrının baş rejissoru Eduard Qaydayı tamaşa hazırlamaq üçün Bakıya dəvət etdim və bu günə qədər repertuarda uğurla gedən “Qoğal” tamaşasını azərbaycan və rus bölmələrində hazırladı. Bundan əlavə, pandemiya başlayana qədər müəyyən vaxtlarda həm yaradıcı, həm də texniki heyətdə çalışan əməkdaşlarımız orada ixtisasartırma məqsədi ilə dəfələrlə olublar.
- Rusiya mətbuatında festival barədə məqalələri oxuyarkən Azərbaycan Dövlət Kukla Teatrının uğurları haqqında yazılan xoş sözlər qürurvericidir...
- Bu festivalda iştirakımıza, teatrımızın tarixi və təqdim etdiyimiz tamaşaya Rusiyanın tanınmış mətbuat orqanlarında, televiziya kanallarında böyük yer ayrılmışdı. Azərbaycanı uğurla təmsil etmək kollektivimiz üçün böyük şərəfdir. Mətbuatdan və tamaşaçılardan da xoş rəylər aldıq. 94 illik zəngin yaradıcılıq yolu keçən, artıq özünün teatr, sənət ənənəsi olan Azərbaycan Dövlət Kukla Teatrının nüfuzlu beynəlxalq kukla tamaşası festivallarında iştirakı ölkə teatrları adına, kukla sənətimiz nöqteyi-nəzərindən uğurdur.

Sevindirici haldır ki, tamaşalarımız naminasiyalı festivalların belə müsabiqə komitəsinə düşmədən, yəni təşkilat komitəsinin baxışı olmadan proqrama daxil edilir. İştirak, festivallara qatılmaqla bağlı dəfələrlə edilən dəvətlərdən sonra qərar verilir. Bu da teatr olaraq yaradıcı prosesdə nəzərəçarpan inkişafın təzahürüdür. Sözsüz ki, yaradıcı heyətimiz, ümumən kollektivin əməyi, hər bir nümunə üzərində uzun və səmərəli işin nəticəsidir.
Yəqin ki, tamaşanın belə təsirli alınmasının vacib səbəblərindən biri də Vətən savaşındakı möhtəşəm qələbəmizdir. Çünki orda iştirak edən həmyerlilərimiz də göz yaşlarını silərək, Qarabağdakı qələbəmizi xatırladıqlarını dedilər. Ümumiyyətlə, bir tamaşa belə hadisələrə səbəb olursa, deməli, bu tamaşanı təqdim edən teatr üzərinə düşən vəzifəni uğurla yerinə yetirmiş sayıla bilər.
- Sankt-Peterburdakı növbəti festivala da dəvət almısınız?
- Bəli, teatrımızı 2027-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti festivala dəvət ediblər.
Onu da qeyd edim ki, teatrımıza müxtəlif beynəlxalq, özü də nüfuzlu, ənənəvi festivallarda iştirak üçün dəvətlər gəlir. Bir çoxlarında təşkilat komitələri bütün xərclərin ödənilməsi ilə bağlı da öhdəliklər götürürlər. Sözsüz ki, o dəvətlər arasında da ciddi seçimlər edir və tetarımızın yaradıcılıq tərcümeyi-halını zənginləşdirəcək təkliflərə “hə” deyirik.
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək