15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qarabağ haqqında iki filmin təqdimatı olub
Tarix: 24-12-2018 19:58 | Bölmə: Mədəniyyət

Bu gün Holiday Inn Baku Hoteldə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “Cəbrayıl-virtual səyahət” 3 D qrafik təsvirli filminin ictimaiyyətə təqdimatı keçirilib.
Nazirliyin məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İB-nin sədri Tural Gəncəliyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və digər rəsmilər iştirak ediblər.
3 dildə - azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ: Əcdadlarımızın mirası” adlı sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqları olan Qarabağa ərazi iddiaları haqqındadır. Bu məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.
Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, 19-cu yüzildə, 20-ci əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir. "Nə üçün Qarabağ bizə bu qədər doğmadır, vacidir?" sualına filmin sonunda "Çünki Qarabağ sonuncu qaladır, cünki Qarabağ əcdadlarımızın mirasıdır" cavabı verilir.
“Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi Azərbaycanda Qarabağın bütün tarixi dövrlərini və müasir işğal dövrünü orjinal çəkiliş materialları, arxiv çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyevdir. Filmin baş məsləhətçi AMEA A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, qurluşçu rejissoru Teymur Nəcəfzadə, İngilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist İan Peartdir. Filmi ingilis dilində ABŞ-dan Jill Goldman, Azərbaycan dilində Vüsal Xaliqoğlu, rus dilində Konstantin Qayçuk səsləndirib.
Nümayiş olunan digər məhsul - Cəbrayıl haqqında “Cəbrayıl – virtual səyahət” 3 D qrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı, Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxoz bazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidlər qrafik təsvirlərlə bərpa olunaraq nümayiş etdirilir.
“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015- ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2013 – cü ildə yaradılmış, 31. 10. 2017 – ci il tarixdə dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi adlandırılıb. İctimai birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. Mərkəz bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədəir. Bu məhsullar içərisində Azərbaycan, rus, ingilis, türk dillərində olan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, ”İrəvan – gizlədilmiş həqiqətlər”, “Zəngəzur” sənədli filmləri, “Qarabağa doğru” informativ filmi, Azərbaycanın ilk virtual muzeyi olan “Virtual Qarabağ Tarixi Muzeyi”, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı 3D qrafik təsvirli filmləri, “Qarabağın səsi” beynəlxalq layihə, “Qarabağ atı” animasiya filmi, “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”, Qarabağ mövzusunda kiçik metrajlı infovideoları, Qarabağa dair müasir - kütləvi elktron kitabxananı qeyd etmək olar.(Report)
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək