15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sabir adına kitabxananın 140 minlik fondu məhv olmaq üzrədir
Tarix: 26-02-2024 11:52 | Bölmə: Mədəniyyət

Son illər tez-tez eşitdiyimiz bir necə ifadə var: ölkədə kitab oxuyanların sayı azalır və yaxud kitab oxuyan yoxdur.
Əslində, bəzən bunu təsdiqləyir. Bəzən birinə “sonuncu dəfə nə vaxt və hansı kitabı oxumusan?” sualı ilə müraciət etdikdə “indi kitab yazan var ki?” cavabı heyrət doğurur.
Mövcud vəziyyət ondan ibarətdir ki, indi yazanların sayı oxuyanları üstələyib. Gənc, orta, hətta yaşıl nəsil belə kitab yazmağa üstünlük verdiyi halda, onları oxuyanlar bəlkə də barmaqla sayıla biləcək qədər azdır. Buna müxtəlif don geyindirənlər də var. Oxucular yazarların ortaya samballı əsər qoymadığını, yazarlar isə sosial şəbəkələr səbəbindən oxucuların kitaba marağının azaldığını iddia edirlər. Əslində hər iki tərəf müəyyən mənada haqlı olsa da, ancaq məsələnin kökündə heç də sadalanan iki səbəb dayanmır.
Kitab oxumağa maraq niyə azalır?
Müşahidə və qısa araşdırmanın nəticəsi göstərir ki, oxucuların kitabdan uzaq düşməsində kitabı insanlara sevdirməli olan mütaliə ocaqlarının yarıtmaz fəaliyyəti də əsas səbəblərdən biridir. Sual oluna bilər ki, necə?
Qısa araşdırmamız göstərir ki, insanların kitabdan uzaq düşməsində bu sahəyə məsul qurumlar da az məsuliyyət daşımırlar.
Beləliklə, insanlarda kitaba marağın azalmasının səbəblərini araşdırmaq üçün üz tutduq paytaxtdakı kitab evlərinə, kitabxanalara, yaxud kitab satışı ilə məşğul olan mərkəzlərə. Düzdür, qarşılaşdığımız mənzərə ürəkaçan olmasa da, lakin “indi kitab oxuyan yoxdur”,- fikrinin yalnış olduğu qənaətinə gəldik. Ən azı bir neçə saatlıq müşahidələrimiz zamanı istər “Libraff”, istər “Ofisait”, istərsə də "Kitab Evi" kimi məşhur kitab satış mərkəzlərinə, eləcə də son vaxtlar paytaxt gənclərinin, daha çox tələbələrin üz tutduğu “Kerazon” kitab evinə kifayət qədər oxucunun daxil olduğunun şahidinə çevrildik.

Bəs görəsən, yuxarıda deyilən oxucu probleminin - əvvəlki kütləviliyinin olmamasının kökündə nə dayanır? Kitaba maraq nə üçün azalır?
Elə bu düşüncələrlə də üz tutduq 100-dən artıq yaşı olan M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasına.
Mətləbə keçməzdən əvvəl bildirim ki, sözügedən mütaliə ocağının Yasamal rayonunun tərkibində olmasına baxmayaraq, onun hüquqi ünvanı və yerləşdiyi ərazi Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi, 13-dür. Yasamal rayonuna aid olan kitabxananın nə üçün Səbail rayonu Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialı olması da cavabı tapılmayan suallar sırasındadır.
Qarışıq fikirlər, beynin “error” verdiyi bir vəziyyətdə üz tutduq sözügedən ünvanda “yerləşən” M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasına. “Yerləşən” sözünü ona görə dırnaqda yazırıq ki, həqiqətən sözügedən kitabxananı qeyd edilən ünvanda tapmaq müşkül məsələdir. Çünki həmin ünvanda kitabxanadan əsər-əlamət qalmayıb. Necə deyərlər, lələ köçüb, yurdu qalıb. Ancaq adəti üzrə həmin yurda da qısa zamanda əl qoymağı bacarıblar. Dərhal ona “sahib” çıxan tapılıb. Bilirsiniz necə?
Təmir adı ilə bağlanan bina zəbt edilib
Beləliklə, təxminən 5 il əvvəl M.Ə.Sabir adına kitabxana təmir adı ilə paytaxtın Xətai rayonundakı M.Ə.Sabir adına kütləvi klub kitabxanaya köçürülür. Bina tamamilə boşaldılaraq təmir adı altında bağlanır. M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 140 minlik kitab fondu da müvəqqəti köçürülən və kitab saxlanılması üçün o qədər də şəraiti olmayan binanın anbarına yerləşdirilir. Xətai rayonunda yerləşən M.Ə.Sabir adına kütləvi klub kitabxana barədə apardığımız qısa araşdırma zamanı bəlli oldu ki, onun yerləşdiyi binanın infrastrukturu kitabxana üçün tamamilə uyğunsuzdur.
Kitabxana sistemindən məlumatı olanlar bilir ki, kitabların saxlanılması üçün xüsusi şərait olmalıdır. Kitabların saxlanıldığı anbar və ya otaqlar üçün müəyyən edilmiş temperatur olmalıdır ki, kitablar normal qaydada qalsın, o qədər də köhnəlməsin. Təsəvvür edin ki, kitabxananın köçürüldüyü M.Ə.Sabir adına kütləvi klub kitabxanasında otaqları normal temperaturda saxlamaq üçün şərait yoxdur, o ki qala binanın ambarında saxlanılan kitabları.
Digər bir problem binaya verilən elektrik xəttinin yararsız olmasıdır. Kənardan apardığımız müşahidələr deməyə əsas verir ki, burada baş verə biləcək kiçik bir yanğın böyük fəsadlara yol aça, ən əsası, 100-dən artıq yaşı olan M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 140 minlik fondu bu sahəyə məsul şəxslərin səhlənkarlığı səbəbindən qısa müddətdə məhv ola bilər.

Məlumat üçün qeyd edim ki, 1918-ci ilin axırlarında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığlından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq olmurdu. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə, Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az oxucu var idi. Kitabxanadakı kitablar ərəb və fars dillərində Orucov qardaşları tərəfindən nəşr olunan islam tarixinə və köhnə mövzulara həsr olunmuş kitablardan ibarət idi.
1200 cilddən ibarət olan kitabxananı xalq kütləsinə tanıtmaq üçün Azərbaycanın böyük demokrat xalq şairi Sabirin ölümünün 10 illiyi ilə bağlı Mirzə Ələkbər Sabirin adı qoyuldu. Beləliklə, kitabxananın rəsmi açılışı sənədlərdə 1919-cu ilin mart ayı kimi göstərildi.
Oxucuları cəlb etmək və yaxşı kitabları kütlə içərisində yaymaq üçün kitabxana ədəbi görüşlər, müzakirələr təşkil edir. Nəticədə yüzlərlə yeni oxucu kitabxanaya gəlirdi. Amma Azərbaycanın tarixi keçmişini, ədəbiyyatını özündə saxlayan, neçə-neçə alim və ziyalılar yetişdirən, böyük bir tarixi olan M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası bu gün məhvə doğru gedir.
Zənn etmirik ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin bu problemdən xəbəri var. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının köçürülməsi prosesi 5 il bundan əvvələ, yəni köhnə rəhbərliyin zamanına təsadüf edir. Ona görə də yeni rəhbərliyin Sabir adına, eləcə də 140 minlik kitab fonduna sahib çıxacağına ümid var.
Ən əsası, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası Azərbaycanda yaradılan ilk kitabxanalardan biridir. Ona görə də milli-mədəni dəyərlərə, tariximizə bağlı olan Mədəniyyət Nazirliyinin 100 çox yaşı olan kitabxananın məhv olmasına imkan verməyəcəyinə ümid bəsləyirik.
Hələlik isə baxımsızlıq, diqqətsizlik üzündən M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 140 minlik fondu yavaş-yavaş məhvə doğu gedir. Kitabxananın Səbail rayonu, İslam Səfərli, 13 ünvanında yerləşən binasını Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyinin xeyir-duası ilə “zəbt” edən nazirliyin qurumlarından biri indi ora öz dədə malı kimi sahib çıxaraq onu kitabxanaya qaytarmaq istəmir. Beləcə, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi qorumalı olan bir qurum özü də bilərəkdən bütün bu ali dəyərlərı məhv edir.
Adıçəkilən kitabxana ilə bağlı yaranmış problem insanlarımızın kitabdan nə üçün uzaq düşməsinin səbəblərindən biridir. Özündə zəngin tarixi və mədəni irsi cəmləşdirən bu kitabxananın əvvəlki məkanında olması kitaba marağı da artırar. İndi təsəvvür edin, həmin kitabxanadan hansısa bir ədəbiyyatı əldə etmək üçün paytaxt sakini, yaxud Bakıya qonaq gəlmiş şəxs uzun-uzadı yol qət edib Xətai rayonuna getməlidir ki, istəyinə nail olsun. Belə olan halda insanda kitab oxumağa həvəs qalarmı? Bütün bunlardan əldə edilən nəticə ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, insanlarımızı kitabdan uzaq salan əsas səbəblərdən biri də elə bu sahəyə məsul olan qurumlardır.
Adıçəkilən kitabxana ilə bağlı yaranmış problem isə həm də dahi şairimiz Sabir irsinə, onun yaradıcılığına hörmətsizlikdir.
Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının əvvəlki adı Maksim Qorki olan, hazırda Səbail Mərkəzi Kitabxana Sisiteminin tərkibinə 1 saylı filial kimi əlavə edilməsi də ulu Sabirə laqeyd münasibətdən qaynaqlanır. Yəqin ki, Mədəniyyət Nazirliyi tezliklə bu yalnışlıqları aradan qaldıracaq.
Süleyman İSMAYILBƏYLİ
Newscenter.az
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək