15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Oqtay Mirqasmov yazır: “Möhkəm sevgidən doğulan…”
Tarix: 14-10-2018 08:47 | Bölmə: Mədəniyyət

Oqtay MİRQASIMOV
Azərbaycan Respublikasının
xalq artisti, kinorejissor
(Görkəmli jurnalist Fazil Rəhmanzadənin «Rəşid var olan yerdə…» kitabı barədə düşüncələrim)
Belə deyirlər ki, möhkəm sevgidən dünyaya göz açan uşaq gözəl olur. Hərgah yaradıcı adama, xüsusən də qələm əhlinin hər hansı monumental əsərinin ərsəyə gəlməsinə məhz bu kriteriya ilə yanaşılsa – yəni nəzərə alınsa ki, həmin yaradıcılıq məhsulu onu dünyaya bəxş edən sənətkarın mənəvi övladı qismindədir – qənaət budur ki, yalnız müəllifin öz peşəsinə misilsiz məhəbbətinin nəticəsi olaraq gözəl bədii əsərlər doğulur.
Tanınmış publisist Fazil Rəhmanzadənin yaxınlarda işıq üzü görmüş və dahi müğənnimizin həyat və yaradıcılıq yolundan çox maraqlı söhbət açan «Rəşid var olan yerdə…» kitabını oxuyub başa çatdırdıqdan sonra bir daha bu qənaətə gəldim. Bunun da ciddi əsası, kökləri vardır.
Ecazkar qələmi sayəsində o, yaradıcılığın əzablı cığırları ilə irəliləməkdən çəkinməmiş, çalışqanlığı, yorulmazlığı, sənət eşqi ilə ən uca, əlçatmaz zirvələri fəth etmişdir. Son nəticədə müəllifin kitabları oxucuların zövq mənbəyinə çevrilir. Eyni zamanda bunlar birər-birər mətbuatımızda dərin iz qoyur. Bu baxımdan zənn edirəm ki, «Rəşid var olan yerdə…» publisistik kitabı da istisna deyildir.
Kitab həm formasına, çoxşaxəli kompozisiyasına görə, həm də ümumən yazılış dilinə görə diqqət çəkir. Remarka yerində böyük sənətkarın indiyədək heç yerdə dərc olunmamış dəyərli fikirləri, mahnı, musiqi və ifaçılıqla haqlı deyimləri Rəşid səsinin pərəstişkarlarında dərin maraq oyadır. Bəzi hissələrin rubrikalarında rastlaşdığımız «Uvertüra», «Romans», «Kapriccio», «Kantata», «Opera», «Elegiya» və s. musiqi terminləri də kitabda qarşılaşdığımız yeniliklər sırasındadır. Bu çıxarışlar bayağı təsir buraxmır. Əksinə, oxucu marağının artmasına güclü təkan verir.
Kitabın redaktoru və ön sözün müəllifi, tanınmış tədqiqatçı-alim, akademik Rafael Hüseynov qeydlərində Fazil Rəhmanzadə yaradıcılığını çox yüksək qiymətləndirir, əsərin məziyyətlərini dəqiqliklə oxuculara çatdırır.
O yazır:
«Rəşid Behbudov dünənin, indinin və gələcəyin elə fövqəladə gözəllik yaradıcılarındandır ki, artıq rəmzə çevrilib…
…Təəccüblənirəm – niyə bu qədər məşhur ola-ola bunca sevildiyi halda indiyə qədər Rəşid Behbudov haqqında Azərbaycanda onun əzəmətinə yaraşan kitab yazılmayıb, bədii film çəkilməyib.
Rəşid Behbudov haqqında Elmira Abbasovanın 1965-ci ildə rusca nəşr olunmuş, hələ məktəbli ikən oxuduğum portret-kitabdan savayı indiyədək onun ömür və sənət yolunu ayrıntıları ilə əks etdirəcək sanballı əsər ortada deyilsə, əlbəttə, bu, kəsirimizdir.
Fotoları toplanmış, səsi yazılmış, müasir poliqrafik imkanlardan istifadə ilə gözəl tərtibatda buraxılmış ayrı-ayrı albomlar və həm həvəskarların, həm də peşəkarların Rəşid Behbudov barədə çoxsaylı məqalələri son illərdə işıq üzü görsə də hələ ki, bu zirvə sənətkarımızı insanlarımıza bir qədər də yaxın edə biləcək, onun daxili dünyasını yetərincə açacaq mötəbər əsərlərin intizarındaydıq.
Bu mənada dəyərli qələm adamı, ömrünün 60 ilinə yaxın əsas parçasını jurnalistikamıza, publisistikamıza bağışlamış Fazil Rəhmanzadənin Rəşid Behbudov haqqında əsərinin əhəmiyyəti çox böyükdür…».
Ön söz müəllifinin fikrinə tam şərikəm. Kitabı vərəqlədiqcə sözün həqiqi mənasında əsərin qiymətini daha aydın çalarlarla dərk edirik. Müəllifin titanik işi hər vərəqdə qabarıq nəzərə çarpır.
Fazil Rəhmanzadənin «Jurnalistin cib dəftərindən» rubrikası altında burada verdiyi materiallar o qədər maraqlı və oxunaqlıdır ki, istər-istəməz səhifələri çevrdikcə yenə də bu səpkili qeydləri arayırıq.
Həmin qeydlərdə Rəşid Behbudovla bağlı, bu günə qədər çoxumuzun bilmədiyimiz nadir fakt və məqamlarla aşılanırıq. Belə seçmələr özlüyündə diqqət çəkən hekayə təsiri buraxır. Birinə nəzər salaq:
… «1970. 10 avqust.
Maestro Niyazinin ad günü yaxınlaşırdı. Başı çox qarışıqdı. Hə yaxşı yadıma saldım: o, filarmoniyada direktor və bədii rəhbər olduğu vaxtlardı. Oradan təxminən 100 metr aralı – indiki incəsənət muzeyi binasının yuxarı qanadında «Bakı» və «Baku» axşam qəzetlərinin redaksiyası yerləşirdi. Redaksiyanın mədəniyyət və incəsənət şöbəsinin müdiri idim. Niyazi hər gün saat 15:45-də işini bitirib evə gedirdi. Yatıb dincəlir, axşam saat 21-dən sonra şəxsi yaradıcılıq işlərinə başlayırdı. Ta gecə yarıyadək…
Bəzən olurdu ki, kabinetdən çıxmazdan öncə mənə telefonla zəng edirdi: «Səni görməyim tutub», - deyə məzələnirdi. «Maestro, gözləyirəm», - deyib dərhal «əsas məsələyə» keçirdim. Təcili türk qəhvəsi dəmləyirdim. Bir şüşə bumbuz «Borjomi» və kiçik qədəhdə konyak. O, yolu adlayıb redaksiyaya daxil olanadək bunlar otağımdakı kiçik masanın üstündə hazır olurdu.
Ay allah, uçmağa qanad lazımdı, gəlişindən hədsiz sevinirdim. Düşünürdüm, bu gün çox adi görünən bu görüş vaxt gələcək tarixi bir məqam statusu kəsb edəcək. Onun zarafatyana danışdığı məzəli hadisələri unutmaqmı olardı? Axı, qarşımda oturan Niyazi idi! Böyükdən böyük Niyazi!
On gün sonra 58 yaşı tamamlanırdı. Nə isə, birdən dedim:
- Maestro, srağagün Rəşid Behbudovla söhbətdə Sizi də andıq. Axı, ad gününüzə az qalıb. Sabah bəlkə şəhərətrafı seyrə çıxaq. Yubiley tədbirləri silsiləsinə başlayaq. Özü də bu gün səhər kinostudiyadan «gözdoyduran» qonorar almışam.
- Elə ikimiz?
- Niyə ki, Rəşid, Şəmsi müəllim, Fərhad, bir də İsmayıl.
- Nə olar…
- Onda sabah axşam altıda Dəniz vağzalının önündə görüşək…
…Niyazi ilə şəhər ətrafına yemək-içməyə gedəndə o, mütləq bu bağa - əmisi Üzeyir bəyin bağına dəymədən geri qayıtmazdı. Özü də belə məqamlarda çox kövrələrdi. Fəqət Rəşidin iştirakı ilə bu heyətdə ilk dəfəydi ki, bağda olurduq. Rəşid «M-1» markalı avtomobilin əl tutacağına dodağını yaxınlaşdırdı, ehmalca öpdü. Bir az da kövrəldi. «Sən bir «Sənsiz» oxu» şeirini andım. Üzümü Rəşidə tutub şeiri əzbər söylədim:
Sən bir «Sənsiz» oxu, əziz qardaşım,
Görmürsən dünyalar «Sənsiz»əm deyir!
Sən bir «Sənsiz» oxu, canım-ciyərim.
Görək nə gündədir «Sənsiz» Üzeyir…
…Hamı kövrəldi də, sevindi də, nə bilim, çox ali, ülvi hisslərə büründü. Niyazinin gözləri doldu.
Rəşid məni qucaqlayıb öpdü. Bu şeir və müraciətdən sonra qəfildən müğənninin füsunkar səsi havalandı:
«Hər gecəm oldu kədər, qüssə, fəlakət, sənsiz…»

…Rəşid oxuyurdu. Elə bil həmin anda nağıl dünyasına qovuşmuşduq. Bəli, o, adi adam deyildi. Dahi bir varlıqdı. Tanrının xəlq elədiyi qeyri-adi xilqət idi. Mən düzü, birinci dəfəydi Rəşidi mikrofonsuz, özü də açıq havada oxuyan görürdüm. Onun ifasında «Sənsiz» romansını da ilk dəfə canlı dinləyirdim. Bu arada fikirləşdim ki, görəsən Rəşidin özündən xəbəri var? Bilirmi ki, normal müğənni «Sənsiz»i bu sayaq oxuya bilməz. Özü də belə şəraitdə. Ancaq Rəşid buna qadirdi…».
Kitabda belə epizodlar çoxdur. Və məhz bunlar əsərin daha oxunaqlı olmasına səbəbdir.
Müəllif yuxarıda qeyd etdiyim kimi, bəzi hissələrin önündə ustadın öz fikirlərini remarka yerində oxuculara çatdırır. Bu deyimlərin əsas özəlliyi ondadır ki, Fazil neçə il öncə onunla şəxsi söhbətlərində dediklərini cib dəftərinə köçürmüşdür. Və bu deyimlərə hər dəfə göz yetirdikcə dahi müğənninin təfəkkür tərzi, sənət, ifaçılıq, mahnı, hər hansı əsərin bədii dəyəri, vokalçının iç dünyasının səmimi açıqlanması ilə bağlı sözləri böyük ustadın müdrik kəlamları siqlətindədir.
Məsələn, tanış olduğumuz bir deyimində oxuyuruq:
«Özümü dərk edəndən bəri həyatımın ən başlıca qanunu budur: gələcəkdə kim olacağını müəyyənləşdirmək üçün elə indidən canı qurban verməlisən».
Hələ cavan cağlarında söylədiyi bu kəlmələr ustalığın zirvəsinə gedəcək yola işıq saçan bir sənət formulasıdır. Peşəkar yaradıcılıq fəaliyyətinə başlayan bir kəs üçün proqram timsalındadır.
Kitab həcminə, tutumuna və mövzusuna görə çoxşaxəli səciyyə daşıyır. Saysız-hesabsız faktların, hadisələrin, görüşlərin, qastrol konsertlərinin, məhz yaradıcılığın çox çətin yollarında müğənninin əzablı zəhmətə qatlaşaraq misilsiz nailiyyətlərinə gətirib çıxaran məqamlar toplusundan ibarətdir. Bütün bunları çözələyib vahid süjet xəttinə tabe etdirmək, tarazlığı pozmadan dinamik, bitkin bir publisistik əsəri kamilliklə oxucuya çatdırmaq Fazil yaradıcılığının ən diqqətçəkən cəhətidir. Müəllifin bundan öncə nəşr olunmuş və digər qüdrətli sənət xadimlərindən bəhs edən bütün kitablarına da məhz bu cəhət xasdır. Bu, həmin əsərləri kimi «Rəşid var olan yerdə…» kitabının da əsas məziyyətidir.
Fazil Rəhmanzadə öz yaradıcılığına xas olan fərdi üslubuna sadiq qalaraq bu kitabında da sözdən, fikirdən, nəzəri mülahizələrdən aydınlıqla, reallıqla, qənaətlə, təmkinlə, dürüst istifadə edir, boş deyimlərə uymur. Məhz buna görə də məntiqə söykənərək irəli sürdüyü fikir və düşüncə tərzi ilə dahi sənətkarın baxımlı və ecazkar portretini yaratmağa müvəffəq olmuşdur. Ən başlıcası da budur ki, gəldiyi nəticə və qənaətləri müəllifin müğənni ilə uzunillik şəxsi və yaradıcılıq təmasının nəticəsindən yararlanmışdır. Rəşid Behbudov kimi çox geniş, hərtərəfli yaradıcılıq fəaliyyətində olan dahi sənətkarı kitabda da elə bu məziyyətlərinin ilqımında duyuruq.
Akademik Rafael Hüseynov kitaba ön sözünün daha bir yerində çox doğru olaraq qeyd etdiyi kimi, «Fotoları toplanmış, səsi yazılmış, müasir poliqrafik imkanlardan istifadə ilə gözəl tərtibatda buraxılmış ayrı-ayrı albomlar və həm həvəskarların, həm də peşəkarların Rəşid Behbudov barədə çoxsaylı məqalələri son illərdə işıq üzü görsə də hələ ki, bu zirvə sənətkarımızı insanlarımıza bir qədər də yaxın edə biləcək, onun daxili dünyasını yetərincə açacaq mötəbər əsərlərin intizarındaydıq.
Bu mənada dəyərli qələm adamı, ömrünün 60 ilinə yaxın əsas parçasını jurnalistikamıza bağışlamış Fazil Rəhmanzadənin Rəşid Behbudov haqda əsərinin əhəmiyyəti çox böyükdür…».
Mən də bu fikrə tamamilə şərikəm.
Fazil müəllim cəfakeş qələm ustasıdır. Çünki indiki zamanımızda hələ kitab nəşrini demirəm, bu və digər yaradıcı sənət adamı ilə bağlı müxtəlif şəhərlərə səfərə çıxıb arxiv materiallarını, dəyərli sənədləri, vacib faktları üzə çıxarmağın necə maliyyə çətinlikləri ilə bağlı olduğunu hamımız bilirik.
Fazil jurnalistikamızın cəngavəri qismində sanki «döyüşə» atılır, arxivlərdə, muzeylərdə toz örtüyünə bürünmüş lazımi sənədləri əldə edib bir qalib kimi necə şad-xürrəm görünməyinin dəfələrlə canlı şahidinə çevrilmişəm. Son nəhayətdə böyük zəhmətinin əvəzsiz bəhrəsi olaraq dəyərli publisistik kitablarını – Müslim Maqomayev, Bədəlbəylilər, Lütfiyar İmanov, Tahir Salahov, Ələsgər Ələkbərov haqqında monumental əsərlərini ictimaiyyətə təqdim etmişdir. Özü də həmin əsərlər bu və ya digər sənətkar haqqında elə-belə, sırf avtobioqrafik mahiyyət daşıyan, faktların quru sadalanmasından ibarət deyil. Xatırladığımız kitabların hamısı çox halda Fazil Rəhmanzadənin sıx ünsiyyətdə olduğu bu böyük sənət-mədəniyyət adamları ilə canlı müşahidələrinin, topladığı nadir faktların real bədii inikasıdır.
Doğrudan da deyildiyi kimi, Fazil sözün həqiqi mənasında xoşbəxt adamdır. Çünki lap cavan cağlarından «Bakı» qəzeti redaksiyasının ədəbiyyat və incəsənət şöbəsində çalışmağa başlamış, taleyin qisməti ilə dövrün qüdrətli yaradıcı sənət xadimlərinin ürəyinə yol taparaq onların barəsində monumental məqalə və resenziyalara imza atmışdır. Xoşbəxtlik bir də onda idi ki, Fazil onların hər biri ilə ailəvi dostluq telləri ilə bağlanmışdır. Bu faktorun özü də publisistin inkişafına, təkmilləşməsinə, müqtədir qələm sahibi kimi sənət aləmində özünəməxsus iz qoymasına səbəb olmuşdur. Fazilin, ilk növbədə böyük sənət xadimlərinə həsr etdiyi kitabları bu baxımdan xüsusilə səciyyəvidir.
Müəllifin adlarını burada xatırladığımız və yada salmağımız kitabları əsrlər boyu yaşarı olmaq statusundadır. Sözsüz ki, həmin kitablar öz yaradıcısı Fazil Rəhmanzadənin də ad və soyadını nəsillərdən nəsillərə ötürəcəkdir. Bax bu mənada Fazil qardaşımız xoşbəxt yazarlar sırasındadır.
Yeri gəlmişkən bir vacib məsələyə də toxunmağı vacib sayıram. Müəllifin son zamanlar nəşr olunmuş kitablarının sponsoru qismində Cəbrayıl Usubovun adına mütəmadi rast gəlirik. Təbii, həmin kitabların işıq üzü görməsində, tələbkar oxucuların malına çevrilməsində bu şəxsin xidmətini xüsusi qeyd etmək vacibdir. Bu baxımından «Rəşid var olan yerdə…» monumental kitabının uğurunda xeyirxah insan Cəbrayıl Usubovun xidməti misilsiz dəyərə malikdir.
Bu əməkdaşlığın, birgəliyin bundan sonra da davam etməsini arzulayırıq.(“Reytinq” qəzeti)
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək