Tarix: 13-11-2015 19:27 | Bölmə: Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrini ittiham edib. "RİA Novosti"i xəbər verir ki, qardaş ölkənin başçısı avropalıları qapılarını qaçqınların üzünə bağlamaqda suçlayıb.
"Ümumdaxili məhsulu Türkiyədən daha çox olan ölkələr qapılarını qaçqınların üzünə bağlayıb. Onlar qaçqınlara xitabən "qoyun Egey və Aralıq dənizində boğulub ölsünlər" -deyib. Bəs, birdən Türkiyədə olan 2,2 milyon qaçqın Avropaya doğru hərəkət etsə, necə olacaq?", - Ərdoğan CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, noyabrın 15-16-da Antalyada keçiriləcək G20 ölkələrinin liderlərinin sammitində gündəlikdə duracaq əsas məsələ İŞİD terror qruplaşması ilə mübarizə olacaq. Türkiyəprezidenti, həmçinin miqrasiya böhranının həllində kömək ola biləcək Suriyanın şimalında təhlükəsiz zona yaradılması məsələsinə də toxunub.
Qeyd edək ki, noyabrın sonu - dekabrın əvvəllərində keçirilməsi gözlənilən miqrasiya üzrə növbəti sammitdə Avropa Birliyi ilə Türkiyənin ümumi fəaliyyət planı üzrə razılığa gələcəyi gözlənilir. Bu plana görə, 3 milyard avro məbləğində maliyyə yardımı, Türkiyənin AB-yə qəbul edilməsi ilə bağlı danışıqların sürətləndirilməsi və qısa zamanda vizaların ləğviAB-nin üzərinədüşür.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək