15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”
Tarix: 05-03-2021 15:08 | Bölmə: Dünya

“Kreml NATO-nu prezident Vladimir Putini devirmək cəhdində ittiham edir, Putinin ən iddialı rəqibi olan Aleksey Navalnını ABŞ-ın agenti, Navalnının zəhərlənməsini və sonradan həbs olunmasını qınayan Avropa Birliyini isə etibarsız tərəfdaş adlandırır. Ancaq Putini məmnun edən bir ölkə var. Bu ölkə NATO-nun üzvü, Avropa Birliyi üzvlüyünə isə namizəd olan Türkiyədir”. Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunan “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar. Ancaq bu birlik etibarlı deyil” başlıqlı məqalədə belə deyilir.
Reyting.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Rusiya hakimiyyətinin Aleksey Navalnıya qarşı sərt rəftarına, həmçinin buna etiraz edən minlərlə rusiyalının həbs olunmasına səssiz yanaşır: “Ərdoğanın susması iki avtoritar lider arasında yaranan yaxınlığın bariz nümunəsidir. Bu, qeyri-adi münasibətdir, çünki köklü tarixi rəqabət Rusiya ilə Türkiyəni ayırır. Bu ölkələrin maraqları əslində bir çox müstəvidə toqquşur. Ancaq hər iki lideri regional siyasəti dəyişə bilən və Türkiyənin Qərb müttəfiqlərinə xoşagəlməz problemlər yaradan sərt siyasət birləşdirir”.
Məqalədə Rusiya və Türkiyə imperiyalarının Birinci Dünya müharibəsinin sonunda inqilab nəticəsində dəyişdiyi, tarixdə dəfələrlə Rusiya-Türkiyə müharibəsinin olduğu, iki ölkənin qitə boyu maraqları toqquşan bölgələrdə daima bir-birini sıxışdırdığı vurğulanır və qeyd edilir ki, Rusiya ilə Türkiyə indi də bir çox məsələdə bir-biri ilə düz gəlmir: “Son dövrlərdə Liviya və Suriyada baş verən vətəndaş müharibələrini buna nümunə göstərmək olar. Ötən ilin sentyabr ayında Kremlin öz bağçası kimi baxdığı Cənubi Qafqazda da Türkiyə ilə Rusiya üz-üzə gəldi. Çünki Türkiyə türkdilli müsəlman ölkəsi olan Azərbaycana dəstək verir və onu təlimatlandırır. Rusiya isə xristian ölkəsi Ermənistanın arxasında dayanır.
Bir çoxları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki münaqişənin böyük müharibəyə çevriləcəyindən ehtiyat edirdi. Türkiyənin pilotsuz təyyarələri Ermənistanın istifadə etdiyi Rusiya tanklarını vursa da, Vladimir Putin yenə Ərdoğanı təriflədi. O, ötən ilin oktyabrında “Valday” beynəlxalq diskussiya klubunun iclasında xarici ekspertlərin qarşısında çıxış edərkən dedi ki, belə tərəfdaşla işləmək həm xoş, həm də təhlükəsizdir.
Ərdoğan da öz nöbvəsində Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemini sınaqdan keçirməklə Putini salamlamış oldu.
2020-ci ilin noyabrında onlar Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırdılar. Razılaşma Rusiyanın Dağlıq Qarabağda hərbi kontingentinin yerləşdirlməsini və Türkiyənin Cənubi Qafqazda iqtisadi istehkamının qurulmasını nəzərdə tutur”.
Məqalədə deyilir ki, Dağlıq Qarabağla bağlı 30 ilə yaxın davam edən nəticəsiz danışıqlardan sonra Türkiyənin hərbi dəstəyi və Rusiyanın razılığı Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Qafqazdakı donmuş münaqişələrdən birinin həllinə yardım etmiş oldu.
Daha sonra qeyd olunur ki, Rusiya Qərbdəki güclərin təsirini minimuma endirmək üçün Türkiyə ilə əməkdaşlıqdan təkcə Dağlıq Qarabağ məsələsində yararlanmayıb: “XX əsrdə Rusiyada bolşevik inqilabından və Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk Lenini müvvəqəti olaraq Qərb inperiyasına qarşı müttəfiq kimi görürdü. Bolşeviklər isə dünya üzərində hökmranlıq etmək cəhdlərində Türkiyəni özlərinə şərik hesab edirdilər.
Bolşeviklər yunanlara və ingilislərə qarşı mübarizə aparmaq üçün Türkiyəni silah-sursatla təmin etdilər. Türklər isə Azərbaycanın neft mədənlərinə nəzarəti və Cənubi Qafqazda hökmranlığı ələ almaqda bolşeviklərə güzəştə getdilər. 1921-ci ildə Atatürklə Lenin arasında baş tutan sövdələşmə, yəni Türkiyənin şimal-şərq sərhədini və onun Cənubi Qafqazda varlığını məhdudlaşdıran razılaşma indi də davam edir.
Amma ötən il Dağlıq Qarabağda baş verən müharibə bu razılaşmaya uyğun gəlmir. Putin məhz indi Qərblə qarşıdurmasında Türkiyənin NATO-ya üzvlüyündən yararlanaraq ona müraciət edir. Ərdoğan isə Türkiyənin keçmişdəki təsir dairələrinə arxalanır.
Türkiyə son illərdə Rusiya ilə hərbi qarşıdurmaya gedən yeganə NATO ölkəsi olduğu üçün bu yaxınlıq daha çox diqqət çəkir.
2015-ci ildə Türkiyə Rusiyanın onun hava məkanını pozan döyüş təyyarəsini vurdu. Buna cavab olaraq Rusiya türk məhsullarına qarşı sanksiyalar tətbiq edərək əhalisinə Türkiyənin çimərliklərindən uzaq durmağı tapşırdı. O, Türkiyəyə Suriyanın şimalındakı etnik türkmən döyüşçülərini bombalamaqla da cavab verdi.
Türkiyə Suriya ilə sərhədində “İslam dövləti” (İŞİD) qruplaşmasının və PKK terror təşkilatı yaraqlılarının təqib olunmasının əleyhinə çıxdı.
Rusiya rəsmiləri və rus mətbuatı isə Ərdoğanın ailə üzvlərini İŞİD-dən neft almaqda ittiham etdi.
Nə dəyişdi? Putinin Ərdoğanla münasibəti 2016-cı ilin yayında yaxşılaşmağa başladı. Həmin vaxt Türkiyədə 270 nəfərin ölümü ilə nəticələnən uğursuz çevriliş cəhdi olmuşdu. Onda Putin Ərdoğana zəng edərək ona başsağlığı vermişdi. Həmin vaxtlarda Qərb liderlərinin çoxu Ərdoğana başsağlığı verməyə tələsmirdi.
Sonra Ərdoğan Rusiyaya getdi və orada qaz kəməri ilə bağlı müqavilə imzaladı. O, Rusiyanın Türkiyənin cənubundakı nüvə stansiyasında fəaliyyətini bərpa etməsinə də razılıq verdi. 2015-ci ildə Rusiya təyyarəsini vuran iki pilot çevriliş cəhdində iştirak ittihamı ilə həbs olundu.
2016-cı ildən bəri Ərdoğan Putinlə daha çox görüş keçirib, nəinki başqa ölkələrin liderləri ilə. Rusiya Türkiyənin Suriya müharibəsindəki düşmənindən onun ən vacib tərəfdaşına çevrilib”.(Mənbə:Novator.az)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 15:43
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
13-02-2026, 12:45
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
13-02-2026, 08:37
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
13-02-2026, 08:12
Almaniyalı nazirin davranışı təəccüb doğurub
13-02-2026, 00:01
NATO-nun beş ölkəsi ucuz dronlar alacaq
12-02-2026, 13:15
Türk Kosovada baş nazirin müavini vəzifəsində çalışacaq
12-02-2026, 12:34
Piotların tətili səbəbindən yüzlərlə uçuş təxirə salınıb
12-02-2026, 12:27
Dronlar Volqoqradda hərbi obyektə hücum edib - Foto
12-02-2026, 09:19
ABŞ-nın qərarı Rusiyanın sərt reaksiyasına səbəb olub
12-02-2026, 09:12
Kiyevin mərkəzində partlayış baş verib
12-02-2026, 08:56
Argentinada minlərlə insan əmək islahatına etiraz edir
12-02-2026, 00:09
London Ukraynaya silah almaq üçün yüksək məbləğ ayırmağa razıdır
11-02-2026, 20:09
General: Ruslar ağlasığmaz tələblər irəli sürür
11-02-2026, 18:19
Lukaşenko Sülh Şurası liderlərinin görüşündə iştirak etməyəcək
11-02-2026, 17:10
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
11-02-2026, 16:59
Moskva məhkəməsi "Telegram"ı cərimələyib
11-02-2026, 16:24
Bütün uçuşlar 10 gün müddətinə dayandırılıb
11-02-2026, 12:43
Kolumbiya prezidentini öldürmək istəyiblər
11-02-2026, 09:17
Starmerin taleyi Epsteyn qalmaqalı ilə proqnozlaşdırılır
11-02-2026, 09:10
Baş nazir: Aİ Rusiya ilə danışıqlara başlasa, gücünü göstərəcək
11-02-2026, 08:49
Kanadada məktəbə silahlı basqında 9 nəfər öldürülüb
11-02-2026, 07:53
Estoniya "Buz dövrü"nü yaşayır - Fotolar
10-02-2026, 17:14
Avropa silahlanmaya 6,8 trilyon avro xərcləməlidir
10-02-2026, 13:39
İran nüvə obyektlərinin girişlərini torpaqla doldurur - Fotolar
10-02-2026, 12:16
Vens “erməni soyqırımı” kompleksini ziyarət edib
10-02-2026, 09:49
Çexiyada hər on nəfərdən biri əcnəbidir
10-02-2026, 08:29
Donald Tramp sələflərini “təftişə” başlayıb
10-02-2026, 08:05
Siyasi fəal Putinə görə 30 min cərimə ödəyəcək - Foto
9-02-2026, 23:35
İsrail ordusu “Hizbullah”ın rəhbər şəxsini öldürüb
9-02-2026, 18:07
Fransa Ukraynaya yeni döyüş təyyarələri verəcək
9-02-2026, 13:42
İsrail Trampı İrana hücuma hazır olduğu barədə xəbərdar edib
9-02-2026, 13:03
Qadın evini təmizləyərkən tank əleyhinə mərmi tapıb
9-02-2026, 12:57
Starmer baş nazir vəzifəsini itirə bilər
9-02-2026, 08:53
Dalay Lama pedofil maliyyəçi ilə görüşüb?
9-02-2026, 08:34
Qar uçqunu 4 nəfərin ölümünə səbəb olub
8-02-2026, 08:47
ABŞ səfiri spikerə savaş elan edib
6-02-2026, 17:01
Qəddafinin oğlu yalnız ailə üzvlərinin iştirakı ilə dəfn ediləcək
6-02-2026, 12:44
Rus generala Moskvada sui-qəsd ediblər
6-02-2026, 09:53
Tramp: Hava limanı və stansiya mənim adımı daşısın
6-02-2026, 09:05
Zelenskinin müsahibəsi Kallası qəzəbləndirib?
5-02-2026, 23:27
Zelenski yeni döyüş əməliyyatlarını təsdiqləyib
5-02-2026, 18:18
Kreml START üzrə ABŞ ilə dialoq şərtlərini açıqlayıb
5-02-2026, 13:47
Tramp Qrenlandiyadan böyük qazanc əldə etmək istəyir
5-02-2026, 12:36
Bacısı Qəddafinin Əlcəzairlə sərhəddə öldüyünü bəyan edib
5-02-2026, 08:30
Rusiyada şəhərin yarısı işıqsız və istiliksiz qalıb
5-02-2026, 08:19
Tramp Kuba ilə danışıqlara başlayıb
5-02-2026, 08:14
Tokayev Pakistanın ali ordeni ilə təltif edilib
4-02-2026, 20:27
Kiyevə 90 milyard avro kredit verəcəklər
4-02-2026, 15:16
Cil Baydenin keçmiş əri arvadının qətlində ittiham olunur - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək