Tarix: 23-02-2016 15:21 | Bölmə: Dünya

"Regional problemlər siyasi yolla həll olunmalıdır, bu münaqişələrin hərbi həlli yoxdur”.
Reyting.az İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ruhaninin sözlərinə görə, Azərbaycan prezidenti ilə Suriya məsələsini müzakirə ediblər:"Suriya və digər regional məsələlər barədə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Biz hesab edrik ki, regional problemlərin hərbi yolla həlli mümkün deyil, münaqişlər yalnız sülh yolu ilə tənzimlənməlidir”.
Ruhani həmçinin bildirib ki, prezident İlham Əliyevlə dini icmalarla bağlı məsələni də müzakirə edib. Hər iki prezident islam dininin sülh, dostluq və əməkdaşlıq dini olduğunu bildirib.
Ruhani İran və Azərbaycanın regionadakı qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatını dəstəkləyib. Bu " İran, Azərbaycan, Türkmənistan”, "İran, Azərbaycan, Rusiya” və "İran, Azərbaycan, Türkiyə, Gürcüstan” formatıdır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək