Tarix: 19-02-2016 15:30 | Bölmə: Dünya

Kürd separatçıları Türkiyəyəqarşı bütün dünya miqyasında müharibə elan edib.
Reyting.az Strateq.az-a istinadən xəbər verir ki, PKK-nın Suriya qanadı olaraq bilinən PYD4 dildə video-müraicət yayıb. İngilis, alman, ispan və kürdcə səsləndirilən bu videoda dünyanın müxtəlif ölkələrində yaşayan kürdlər Türkiyənin dünyadakı bütün rəsmi qurumlarına qarşı hücuma çağırılıb.
Mütəxəssislərin fikrincə, PYD-nin bu bəyanatı müharibə elanıdır və Türkiyənin son zamanlar Suriyanın şimalında aktivləşməsinə cavab addımı kimi dəyərləndilə bilər.
Qeyd edək ki, Türkiyə "güvənli bölgə” olaraq elan etdiyi ərazilərə kürd separatçılarının girməsinə icazə vermir, onları top atəşləri ilə geri oturdur. Görünür, kürd separatçıları da buna terror hadisələri törətməklə cavab vermək istəyirlər. Bəyanatın Ankara hücumundan dərhal sonra səsləndirilməsi də bu mənada təsadüfi deyil. Belə məlum olur ki, PKK-nın Türkiyəyə qarşı qlobal müharibəsinin "start” düyməsi Ankarada basılıb.
"Türkiyəyə qarşı bütün dünyada savaşın!” şüarıyla yayılan bəyanatın verdiyi mesaj ötən əsrin sonuncu rübündə baş vermiş ASALA terrorlarını yada salır. Xatırladaq ki, 1973-cü il 27 yanvar tarixində Qurgen (Karekin) Yanikan adlı yaşlı bir erməninin ABŞ-ın Santa Barbara şəhərində Türkiyənin Los Anceles Baş konsulu Mehmet Baydar ilə konsul Bahadır Dəmiri öldürməsiylə başlayan ASALA-nın terror silsiləsində 1979-ci ildən etibarən böyük bir artım müşahidə edilməyə başlamışdı.
Erməni terrorçuları bu silsilə terror aktları çərçivəsində 21 ölkənin 38 şəhərində 39-u silah, 70-i bombalı, biri isə işğal formasında 110 hücum həyata keçirmişdilər. Hücumlar nəticəsində 42 türk diplomatı ilə 4 vətəndaş həyatını itirmiş,15 türk və 66 əcnəbi isə yaralanmışdır.
Erməni terror təşkilatları beynəlxalq təpkilər nəticəsində 1980-ci illərdə taktikanı dəyişərək kürd separatçıları ilə əməkdaşlıq etmişdilər. Bu əməkdaşlıq nəticəsində 1984-ci ildə PKK ortaya çıxarılmış və ASALA erməni terror təşkilatı arxa plana çəkilmişdi.
PKK-nın hazırda yer üzündəki Türkiyə qurumlarına qarşı müharibə elan etməsini yenidən əvvəlki mahiyyətinə qayıdış kimi də qiymətləndirmək olar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək