Tarix: 16-02-2016 14:05 | Bölmə: Dünya

Səudiyyə Ərəbistanının Raduş-Şimal (Şimalın göy gurultusu) adıyla təşkil etdiyi hərbi manevrə qatılacaq 20 ərəb və müsəlman ölkəsinin hərbi birliklərinin bir neçə saatdan sonra təlim poliqonuna çatması gözlənilir.
Strateq.az-ın məlumatına görə,Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA bu xəbəri yayıb. Xəbərdə "bölgə tarixinin ən böyük manevri”olaraq xarakterizə edilən hərbi təlim hazırlıqlarının sürətlə davam etdiyi bildirilir.
20 müsəlman ölkəsi ilə yanaşı, "Əl-Cəzirə Qalxanı Gücü”nün iştirakı gözlənilən manevr Səudiyyə Ərəbistanının şimalındakı Hafər əl-Batin vilayətinə bağlı Kral Xalid hərbi bölgəsində keçiriləcək.
Məlumata görə, Raduş-Şimal ölkə sayının çoxluğu, müasir texnoloji üsulla hazırlanan silahların istifadəsi, hava müdafiə sistemləri və dəniz qüvvələrinin iştirakı ilə indiyədək keçirilən ən böyük hərbi təlim olacaq.
Hərbi təlimin məqsədi bölgədə sabitliyin və sülhün qorunması, ortaya çıxa biləcək problemlər zamanı regional müttəfiqlərin eyni anda səfərbər olacağı mesajını verməkdir.
Raduş-Şimal təlimi aşağıdakı mülahizələri yürütmək üçün əsas verir.
Əvvəla, sözügedən təlim bir müddət əvvəl Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyatı keçirmək üçün müsəlman müttəfiqlərdən ibarət 150 minlik ordu hazırladığı barədə yayılan xəbərlərin həqiqət olduğunu təsdiqləyir. Baxmayaraq ki, xüsusilə Türkiyə hərbi dairələri tərəfindən bu məlumat təkzib olunmuşdu.
Digər tərəfdən,təlimin Ərəbistanın şimalında keçirilməsi göstərir ki, əvvəl yayılan xəbərlərdən fərqli olaraq, gözlənilən hərbi müdaxilənin Türkiyə ərazisindən yox, Səudiyyə Krallığı sərhədlərindən ediləcəyi planlaşdırılır.
Hərbi təlimin Suriyanın şimalındakı kürd separatçılarının Türkiyə tərəfindən top atəşinə tutulduğu bir zamanda keçirilməsi həm də qardaş ölkəyə dəstək xarakteri daşıyır. Yəni, əlaqədar tərəflərə vəziyyət gərginləşərsə, Suriyaya həm də cənubdan hərbi müdaxilə ediləcəyi mesajını verir.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək