Tarix: 19-02-2017 21:12 | Bölmə: Dünya
Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.
Bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" verilişinə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən "köhnə Sovet klassik raketləri"ndən olan və Qərbdə "Şeytan" adlandırılan "Voyevoda"dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.
"Onlardan ("Voyevoda" raketlərindən-qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir",-deyə o bildirib.
"Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir",-deyə Roqozin bildirib.(Mənbə:Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək