Tarix: 29-12-2016 10:22 | Bölmə: Dünya
"Reuters”
agentliyinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, Yaxın Şərqin üç nüfuzlu dövləti – Rusiya, Türkiyə və İran Suriyanı öz maraq dairələrinə bölməyə hazırlaşırlar.
Sövdələşmənin şərtlərinə görə, Suriya prezidenti Bəşər Əsədə hələ bir neçə il ölkəyə başçılıq etmək imkanı yaradılacaq – novbəti seçki kampaniyasına qədər.
Qeyd olunur ki, ölkənin rəhbərliyinə daha az iddialı şəxs gətirildikdən sonra Əsədə ailəsi ilə birlikdə təhlükəsizlik zəmanəti veriləcək. Həmin məlumata əsasən, hazırkı prezidenti əvəzləyəcək namizədlərin müəyyən edilməsi prosesi artıq başlayıb.
Lakin ölkə daxilində muxtariyyətlərin yaradılması planları hələlik işlənib hazırlanmayıb. Bu təkliflər həm rəsmi Dəməşq, həm də onun əleyhinə vuruşan silahlı müxalifət, ABŞ və Fars körfəzi dövlətləri tərəfindən təsdiqlənməlidir.
"Yekun sazişi əldə etmək çətin olacaq, lakin münaqişə tərəflərinin ilkin mövqelərində xeyli dəyişikliklər var”, – bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının baş direktoru Andrey Kortunov deyib.
Türkiyənin "Anadolu” agentliyi isə xəbər verib ki, Rusiya və Türkiyə birlikdə Suriya ərazisində geniş atəşkəs planını razılaşdırıblar və həmin plan yaxın vaxtlarda münaqişə tərəflərinə təqdim ediləcək.
Mənbələrin bildirdiklərinə görə, atəşkəs dekabrın 29-u gecə yarısı qüvvəyə minəcək və Əsəd qoşunları ilə müxalifətçilər arasında döyüşlərin davam etdiyi ərazilərə şamil olunacaq. Atəşkəsin terror qruplaşmaları ilə mübarizəyə aidiyyatı olmayacaq.
Atəşkəs haqqında saziş işə yarayarsa, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hakimiyyəti və müxalifət münaqişənin sülh yolu ilə nizamlanmasını müzakirə etməyə başlayacaqlar. Güman edildiyinə görə, danışıqlar Qazaxıstanda baş tutacaq.
Kremldə "Anadolu”nun bu xəbərini şərh etməkdən imtina ediblər.
"Bu suala cavab vermək üçün kifayət qədər məlumatlı deyiləm”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.(Virtualaz.org)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək