Tarix: 01-02-2016 16:19 | Bölmə: Dünya

Rusiyaya məxsus nəqliyyat vasitələrinin Türkiyədən tranzit yolu kimi istifadəsinə verilən icazə dayandırılıb.
AzNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası məlumat yayıb. Bildirilir ki, buna səbəb Türkiyədən verilən müvafiq icrazənin fəaliyyət müddətinin başa çatmasıdır. "2016-cı il dekabrın 31-də Türkiyə tərəfindən 2015-ci il üçün verilən icazənin fəaliyyət müddəti başa çatıb. Bununla bağlı xatırladırıq ki, Rusiya nəqliyyatı ilə Türkiyə ərazisindən daşınmalar mümkün deyil. Hələki Türkiyə tərəfilə 2016-cı il üçün kontingent razılaşdırılmayıb”, - deyə məlumatda qeyd olunub.
Hazırda Rusiya Nəqliyyat Nazirliyi icazə ilə bağlı məsələnin həlli üçün tədbirlər görür. Nazirlik qarşılıqlı razılaşma üçün Türkiyə tərəfinə təkrar təkliflər göndərib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək