Tarix: 30-01-2016 11:43 | Bölmə: Dünya

Rusiya Qazaxıstandakı hərbi qüvvələrini geri çəkir.
Reyting.az strateq.az-a istinadən xəbər verir ki, bunu Dumanın rəhbəri Sergey Narişkin deyib. O, "RIA Novosti" agentliyinə açıqlamasında Rusiyanın Qazaxıstanda kirayəyə götürdüyü baza və hərbi təlim sahələrini bu ölkəyə qaytarmaq haqqında düşündüyünü etiraf edib.
Rusiyanın bu addımı atmasının səbəbi isə iqtisadi böhran nəticəsində yaranmış qənaət ehtiyacıdır. Hər halda spikerin sözlərindən belə çıxır. O deyib: "Rusiyanın Qazaxıstanla əldə etdiyi və dörd hissədən ibarət olan razılaşma ildə hərbi büdcəyə 4 milyon dollar qənaət gətirəcək"
Sergey Narişkin açıqlamasında qazaxlara qaytaracaqları hərbi bazaların bir çoxunun onsuz da istifadəsiz qaldığını söyləyib.
Rusiya Dövlət Dumasının Qazaxıstanla bağlanan müqaviləni bu gün təsdiqləməsi gözlənilir.
Qazaxıstanın Jambul və Karaganda bölgələrindəki hərbi təlim məntəqələri ötən əsrin 90-cı illərində kiralanmıştı.
Rusiya boyda bir ölkənin ildə 4 milyon dollar qənaət etməyi düşünəcək qədərzəiflədiyi inandırıcı deyil. Görünür, bu addımın açıqlanmayan tamam başqa səbəbləri də var.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək