Tarix: 18-07-2016 18:11 | Bölmə: Dünya

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Səudiyyə Ərəbistanının terrorizm ölkəsinə yuvalanmasına mane olmaq üçün ənənəvi cəmiyyəti modernləşdirmək təklifi ilə çıxış edib.
Reyting.az xəbər verir ki, Con Brennan kral hökumətinə xitabla həyatın müxtəlif sahələrində, o cümlədən siyasi-ictimai, mədəni və regional ənənələrin 21-ci əsrə uyğunlaşdırılmasının lazım olduğunu dilə gətirib.
C.Brennan Səudiyyə Ərəbistanını terrorla mübarizədə ABŞ-ın ən yaxın tərəfdaşlarından biri adlandırıb. "Buna görə də bu krallıq İŞİD-in hücumlarının hədəfi olub”, – deyən CİA rəhbəri Səudiyyə Ərəbistanında terrorçuları dəstəkləyən qrupların varlığını da vurğulayıb.
SİA rəhbəri baş nazirin müavini və daxili işlər naziri vəzifələrini yerinə yetirən vəliəhd şahzadə Məhəmməd bin Nayefin daxili təhlükəsizliyi təmin etmək, həm ölkə daxilində, həm də ölkə hüdudlarında İŞİD-in böyüməsini dayandırmaq üçün cəhdlər etdiyini bildirib.
C.Brennan Səudiyyə Ərəbistanı içində çox ciddi bir təhdidin varlığını vurğulayıb. Onun fikrincə, bu təhdidin qarşısını almaq üçün ölkənin modernləşdirmə labüddür.
M.RZABƏYLİ
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək