Tarix: 03-02-2026 12:21 | Bölmə: Dünya

Sudanda vətəndaş müharibəsinə və on minlərlə insanın ölümünə səbəb olan separatçı milis qüvvələrinə qarşı mübarizənin gedişatı dəyişir.
Reyting.az “New York Times” nəşrinə istinadla bildirir ki, peyk görüntüləri və kəşfiyyat məlumatlarına əsaslanan xəbərə görə, Misir Qərb Səhrasındakı gizli bazadan qalxan Türkiyə istehsalı dronlarla Sudan ordusuna faktiki dəstək verir.
Nəşrin peyk görüntülərinə, uçuş qeydlərinə və araşdırdığı videolara, eləcə də Amerika, Avropa və Ərəb rəsmiləri ilə müsahibələrə görə, qabaqcıl hərbi dronlar ən azı altı aydır ki, Misirdəki bu aerodromdan havaya qalxır və Sudanda hücumlar həyata keçirir. Hədəf iki ildən çoxdur ki, Sudan ordusu ilə döyüşən qəddar paramilitar Sürətli Dəstək Qüvvələridir.
Rəsmilərin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri RSF-ə silah verir, Səudiyyə Ərəbistanı və Qətər isə Sudan ordusunu dəstəkləyir. Sudan ordusu həmçinin Türkiyə, İran və Rusiyadan silah alıb.

Separatçı RSF qüvvələri varlı Körfəz müttəfiqi BƏƏ tərəfindən təmin edilən Çin istehsalı olan uzunmənzilli “CH-95” dronlarından istifadə edir. Digər tərəfdən, Sudan ordusu Türkiyənin ən böyük müdafiə şirkəti olan “Baykar” tərəfindən istehsal edilən ən son peyklə idarə olunan dronlara malikdir. Yüksək vəzifəli bir türk məmuru “Baykar” dronlarının beynəlxalq hüquqa uyğun olaraq ixrac edildiyini və Türkiyə hökumətinin Sudan ordusunu birbaşa dəstəkləmədiyini bildirib.
Dörd amerikalı və bir Yaxın Şərq məmurunun sözlərinə görə, türk dronları təhlükəsizlik səbəbləri ilə Misirdə saxlanılır.
Videotəhlilə görə, ötən dekabr ayında Misirin cənubundakı bir bazada peyk görüntülərində eyni tipli Türkiyə istehsalı olan “Akıncı” dronları, Sudanın dərinliklərində səhrada hərəkət edən RSF döyüşçülərinə və təchizat karvanlarına zərbə endirməyə başlayıb. 5 noyabr tarixli videoda Liviyadan Sudana keçən dörd yük maşınından ibarət karvanın vurulduğu və yandırıldığı göstərilir.
Rəsmilərin sözlərinə görə, Liviya silah, yanacaq və qırıcılar baxımından RSF üçün vacib bir mənbəyə çevrilib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək