Tarix: 01-02-2026 12:15 | Bölmə: Dünya

İran parlamenti Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıyıb.
Reyting.az xəbər verir ki, bu barədə “AlJazeera” məlumat yayıb.
Qərar Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Brüsselin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin silahlı qüvvələri də terrorçu qruplaşmalar hesab edilir. Parlament sədri əlavə edib ki, “bu addımların nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşəcək”.
Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Şurası yanvarın 29-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb və Korpusu etirazçılara qarşı qəddarlıqda ittiham edib.(Mənbə: APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək