Tarix: 22-01-2026 08:34 | Bölmə: Dünya

Berlin şəhərində Almaniya və Ukrayna vətəndaşı olan bir qadın Rusiyanın lehinə casusluqda şübhəli bilindiyindən saxlanılıb.
Reyting.az-ın "Der Spiegel" nəşrinə istinadla verdiyi məlumata görə, iş adamı kimi tanınan56 yaşlı İlona V. 2023-cü ilin noyabr ayından Almaniyada keçirilmiş yüksək səviyyəli siyasi tədbirlərin ümumi iştirakçıları və müdafiə sənayesi obyektləri barədə məlumat toplayıb.
İttihamda qeyd olunur ki, bu qadın topladığı məlumatları Rusiya səfirliyində çalışan əlaqələndirici şəxsə ötürüb.
İstintaqa əsasən, Rusiya casusu kimi həbs edilən İlona müxtəlif mənbələrdən pilotsuz uçuş aparatlarının sınaqları haqqında, eyni zamanda, Rusiya ilə müharibə aparan Ukraynaya yardım məqsədilə planlaşdırılan tədarüklərlə bağlı çoxlu sayda məlumatlar da toplaya bilib.
İlonanın saxlanma əməliyyatına paralel olaraq Almaniya Müdafiə Nazirliyinin iki keçmiş əməkdaşının evində axtarışlar aparılıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək