Tarix: 21-01-2026 13:39 | Bölmə: Dünya

Rusiya ordusu Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə mülki şəxslər arasında ölən və yaralananlar olub.
Reyting.az-ın məlumatına görə, rus ordusunun bu iki vilayətə hücumu həm dünən gecə, həm də bu gün baş verib.
Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri Oleksandr Qanja deyib ki, təcavüzkar gecə ərzində Krivoy Roqa raket zərbəsi endirib.
“Doqquz fərdi ev, beş mənzil, bir inzibati bina və avtomobillərə ziyan dəyib. Düşmən həmçinin Sinelnikovski rayonuna dronlarla hücum edib. Vasilkovska və Rozdorsk icmalarına ziyan dəyib. 77 yaşlı kişi və 72 yaşlı qadın həlak olub, 53 yaşlı qadın isə yaralanıb. Hücum nəticəsində yanğınlar baş verib və üç fərdi evə ziyan dəyib”, - deyə Qanja əlavə edib.
Ruslar həmçinin hücum dronları ilə Odessa bölgəsini də vurub.
“Düşmən yaşayış məntəqəsinə zərbə endirib. Xüsusilə, dörd fərdi evə, ikimərtəbəli yaşayış binasına, qaraja və avtomobilə ziyan dəyib. Hücum nəticəsində bir mülki şəxs yaralanıb”,- Odessa vilayət prokurorluğu bildirib.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək