Tarix: 14-01-2026 00:03 | Bölmə: Dünya

Qazaxıstan neftinin daşınması üçün nəzərdə tutulan tankerlərə hücum baş verib.
Reyting.az xəbər verir ki, Qazaxıstan Energetika Nazirliyi hadisə faktını təsdiqləyib.
Nazirliyin məlumatına görə, Qazaxıstanın ixrac neftinin daşınmasında iştirak edən iki gəmiyə hücum 13 yanvar 2026-cı ildə Qara dənizdə, Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında qeydə alınıb. Dron hücumu nəticəsində hər iki tankerə zərər dəyib.
Milli “KazMunayGas” şirkəti CPC terminalına yüklənməzdən əvvəl tankerlərdən birinə dron hücumu edildiyini təsdiqləyib.
Malta bayrağı altında üzən və “KazMunayGas” şirkətinin törəmə müəssisəsi tərəfindən icarəyə götürülmüş “Matilda” tankeri dron hücumuna məruz qalıb. Gəmidə partlayış baş verib. Ciddi ziyan barədə məlumat verilməsə də, dəymiş zərərin qiymətləndirilməsi aparılır.
Liberiya bayrağı altında üzən digər tanker - “Delta Harmony” isə yüklənməni gözlədiyi vaxt dron hücumuna məruz qalıb. Hadisə nəticəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Operativ qrupun məlumatına görə, hücum zamanı gəmilərdə neft olmayıb. Bu səbəbdən Qazaxıstan Respublikasının ixrac ehtiyatlarına ziyan dəyməyib.
Energetika Nazirliyi təchizat zəncirinin təhlükəsizliyini və ixrac tədarükünün fasiləsizliyini təmin etmək məqsədilə “KazMunayGas”, Xəzər Boru Kəməri Konsorsiumunun administrasiyası və gəmi sahibləri ilə tədbirlərin operativ şəkildə əlaqələndirildiyini bildirib.
Qeyd edək ki, tankerlərə hücum edən dronların hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək