Tarix: 13-01-2026 16:03 | Bölmə: Dünya

Yunan Kiprində hakimiyyəti korrupsiyada ittiham edən video-görüntülər çox böyük qalmaqala səbəb olub.
Reyting.az-ın məlumatına görə, görüntülər yayıldıqdan sonra hakimiyyət daxilində, həmçinin ictimaiyyətdə yaranmış gərginlik səbəbindən Prezident Administrasiyasının rəhbəri Haralambos Haralambus açıqlama yayıb və istefa verdiyini bildirib.
Haralambus prezidentə qarşı yönəlmiş belə bir çirkin oyunun, yəni "məqsədli şəkildə nüfuzdan salma kampaniyasının" qurbanı olduğunu bəyan edib.
Videoda iddia olunur ki, yüksək vəzifəli şəxslər toplaşıb Kipr prezidenti Nikos Hristodulidisinin seçki kampaniyasını müzakirə edirlər, eyni zamanda da seçkinin maliyyələşdirilməsi üçün böyük korrupsiya sxemlərindən söz açırlar.
Videoda daha bir maraqlı məqam Kiprin rusiyalılara Avropa İttifaqının sanksiyalarından yan keçməkdə köməyindən bəhs edilməsidir.
Bundan öncə prezidentin həyat yoldaşı Filippa Karseranın bu ölkədə xeyli vaxtdır ki, fəaliyyət göstərən Sosial Dəstək üzrə Müstəqil Agentliyin rəhbəri vəzifəsindən ayrıldığı barədə də təsdiqlənmiş məlumat yayılıb. Lakin hakimiyyət ittihamları rədd edib və videonu "hibrid hücum" adlandırıb.
Yerli hakimiyyət əhatəli istintaq aparmaq üçün beynəlxalq tərəfdaşlarından - ABŞ, Böyük Britaniya, İsrail və Fransanın xüsusi xidmət orqanlarından bu videonun mənşəyini araşdırmaq, müəllifləri müəyyən etmək məqsədilə xüsusi yardım istəyib.
Məlumata görə, hazırda Kiprin prokurorluq orqanları və ölkə polisi tədqiqatlara başlayıb.
Qeyd olunur ki, video hakimiyyətə sarsıdıcı zərbə vurub və siyasi koalisiya partiyalarının dəstəyi parlament seçkiləri ərəfəsində böyük risk altındadır.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək