Tarix: 13-01-2026 14:23 | Bölmə: Dünya

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki “Atlant Aero” dron istehsalı müəssisəsinə zərbə endirib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə (SBU) istinadla məlumat yayıb.
“SBU-nun Alfa Xüsusi Əməliyyatlar Mərkəzi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri ilə birlikdə, Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən “Atlant Aero” zavodunun istehsal müəssisələrinə zərbə endirdi. Zərbələr bir sıra güclü partlayışlara və yanğına səbəb oldu”, - deyə SBU bildirib.
“Atlant Aero” şirkətinin rus ordusu üçün Molniya tipli zərbə və kəşfiyyat PUA-larının, eləcə də “Orion” PUA-larının komponentlərinin dizaynı, istehsalı və sınaqdan keçirilməsi ilə tam məşğul olduğu deyilir.
Təhlükəsizlik Xidməti qeyd edir ki, zavodun məhv edilməsi PUA-ların istehsal həcmini azaldacaq və işğalçıların dronlardan istifadə edərək kəşfiyyat və zərbə əməliyyatları aparmaq üçün texniki imkanlarını zəiflədəcək.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək