Tarix: 13-01-2026 12:00 | Bölmə: Dünya

Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
Reyting.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, komitənin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana "kələm" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə "kələm" formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək