Tarix: 12-01-2026 21:57 | Bölmə: Dünya

Rusiya Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş əcnəbilərin başqa ölkələrə ekstradisiya edilməsindən imtina etməyə başlaya bilər.
Reyting.az “İnterfaks”a istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və ya “xüsusi hərbi əməliyyatlarda” iştirak etmiş əcnəbilərin xarici dövlətlərə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda qəbulunu tövsiyə edib.
Qanun layihəsi (№1075342-8) Rusiya Silahlı Qüvvələrində və ya ölkənin digər hərbi hissələrində müqavilə əsasında xidmət edən, eləcə də əvvəllər bu cür xidmət keçmiş və Rusiya Silahlı Qüvvələrinin və ya digər hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş xarici vətəndaşlara və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Layihəyə əsasən, bu kateqoriyaya aid şəxslərin cinayət təqibi və ya məhkəmə hökmünün icrası məqsədilə xarici dövlətlərə ekstradisiyası rədd ediləcək.
Təklif olunan dəyişikliklər Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 464-cü maddəsinə aiddir.
Qanun layihəsi, eyni zamanda, Rusiya Silahlı Qüvvələrində xidmət etmiş əcnəbilərin Rusiya Federasiyasından inzibati qaydada çıxarılmasının və deportasiya edilməsinin qadağan olunmasını nəzərdə tutan qanunvericilik təşəbbüsləri paketinin tərkib hissəsi kimi Dövlət Dumasına təqdim edilib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək