Tarix: 10-01-2026 00:08 | Bölmə: Dünya

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda baş verən hadisələri yaxından izlədiyini və etirazlar fonunda ölənlərin olması ilə bağlı dərin narahatlıq keçirdiyini bəyan edib.
Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
S. Düjarrik bildirib ki, təşkilat İrandakı vəziyyəti diqqətlə izləyir və baş verənlər nəticəsində insan itkilərinin olması ciddi narahatlıq doğurur. O vurğulayıb ki, dünyanın istənilən yerində insanlar dinc şəkildə etiraz etmək hüququna malikdir və hökumətlərin vəzifəsi bu hüququ qorumaqdır.
O, BMT-nin İrandakı personalının vəziyyəti ilə bağlı da məlumat verib. S. Düjarrikin sözlərinə görə, hazırda BMT əməkdaşlarının hamısı təhlükəsizlikdədir. Bununla belə, ölkədə internet və rabitə xidmətlərində fasilələrin olduğu, bu səbəbdən əlaqənin çətinləşdiyi qeyd olunub(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək