Tarix: 05-01-2026 08:43 | Bölmə: Dünya

Almaniya kansleri Fridrix Merts ABŞ-ın Venesueladakı hərbi əməliyyatının hüquqi qiymətləndirilməsinin çox mürəkkəb məsələ olduğunu bildirib.
Reyting.az-ın məlumatına görə, Almaniya kansleri deyib ki, ABŞ-ın Venesueladakı hərəkətinə qiymət vermək üçün beynəlxalq hüquq əsas meyar götürülməlidir.
O, həmçinin xatırladıb ki, Nikolas Maduro Venesuelada seçkiləri saxtalaşdırmaqla, ölkəni böhrana sürükləmişdi və məhz elə bu səbəblərdən də Almaniya dövləti onu legitim prezident kimi tanımayıb. Merts Venesuelada siyasi qeyri-sabitliyin qarşısının alınmasını, daha sonra seçkilərlə legitim hökumətə nizamlı keçidi vacib saydığını deyib.
Böyük Britaniya və Fransa da Maduronun legitimliyini tanımadıqlarını açıqlayıblar və dinc, demokratik keçidi dəstəklədiklərini bəyan ediblər. İspaniya dövləti isə ABŞ-ın bu cür müdaxiləsini tamamilə beynəlxalq hüququn kobud pozulması adlandırıb və baş verənlərə görə, ABŞ-ı tənqid edib.
Ukraynanın rəhbərliyi də diktaturaya qarşı mövqeyini ifadə edib. İsrail dövləti isə ABŞ tərəfindən həyata keçirilən əməliyyatı tam dəstəkləyib. Sosialist Kubası da bu hadisə ilə bağlı ABŞ-ı sərt tənqid edib və hökümət Venesuela ərazisində keçirilmiş əməliyyatı "dövlət terrorizmi" adlandırmaqla, pisləyib.
Amerika Birləşmiş Ştatlarında da narazılar var. Bəzi demokrat siyasətçilər bu əməliyyatı Konqresin icazəsi olmadan gizli aparıldığı üçün Ağ evi sərt tənqid ediblər. Prezident Tramp isə açıqlamasında bildirib ki, informasiya sızma riskinə görə, Konqresi əvvəlcədən məlumatlandırmayıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək