Tarix: 31-12-2025 17:35 | Bölmə: Dünya

Litva İsveç şirkəti SAAB ilə 320 milyon avro dəyərində “Bolide” raket sistemlərinin alınması üçün müqavilə imzalayıb.
Reyting.az xəbər verir ki, Litva Müdafiə Nazirliyinin məlumatına görə, buna və əvvəllər imzalanmış müqavilələrə əsasən, Litva ordusuna 2026-cı ildən 2032-ci ilə qədər bu tip sursatın fasiləsiz təchizatı təmin ediləcək.
"Hava hücumundan müdafiənin gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir. Litva Silahlı Qüvvələrini bu tip sursatın fasiləsiz təchizatını təmin etmək üçün “RBS-70 Bolide” raketlərinin alınması üçün müqavilə imzalamışıq", - deyə Litva Müdafiə naziri Robert Kaunas bildirib.
Litva ordusunun hava hücumundan müdafiə batalyonu artıq “RBS-70” raket sistemləri ilə təchiz olunub. Bu qısamənzilli sistem texniki xidmətin asanlığı, yüksək mobilliyi və digər texniki üstünlükləri ilə seçilir. Bu, həm gündüz, həm də gecə hava hədəflərinin effektiv şəkildə məhv edilməsinə imkan verir.
“Bolide” raketləri 9 kilometrə qədər məsafədə hava hədəflərini effektiv şəkildə məhv edə və 200 mm qalınlığa qədər zirehi deşə bilir.
Litva həmçinin İsveçin SAAB şirkətindən Carl-Gustaf M4 RD 84 mm qumbaraatanları, sursatları, AT4 birdəfəlik qumbaraatanları və mobil qısamənzilli hava hücumundan müdafiə sistemləri (MSHORAD) alır.
Həmçinin bildirildiyinə görə, İspaniya düşmən dronlarını aşkar etmək, izləmək və zərərsizləşdirmək üçün hazırlanmış “Crow” sistemlərini Litvada yerləşdirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək