Tarix: 30-12-2025 12:47 | Bölmə: Dünya

Böyük Britaniya NATO öhdəliklərini yerinə yetirmək üçün 2040-cı ilə qədər müdafiəyə əlavə 800 milyard funt sterlinq (1 milyard dollardan çox) vəsait xərcləməlidir.
Reyting.az “Financial Times”-ə istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti ABŞ prezidenti Donald Trampın təzyiqindən sonra qarşıya qoyulmuş iddialı NATO ilə bağlı məqsədlərə çatmaq üçün növbəti 15 il ərzində müdafiə layihələri və daha geniş strateji infrastruktur üçün 800 milyard funt sterlinqdən çox vəsait toplamalıdır.
Qeyd edək ki, iyun ayında Haaqada keçirilən NATO sammitində Avropa ölkələrinin hərbi xərclərinin 2034-cü ilə qədər ÜDM-nin 5 faizinə qədər artırılması barədə qərar verilib.
Müdafiə portfelinə yeni kazarmaların tikintisi, muxtar sistemlərin inkişafı, sursat fabriklərinin genişləndirilməsi və dəniz bazalarına xərclər daxil olacaq. Hərbi mobilliyi, təchizat zəncirlərinin dayanıqlığını, strateji əhəmiyyətli texnologiyaların tətbiqini artırmaq üçün yol və dəmir yolu tikintisinə əlavə investisiya qoyulacaq.
Böyük Britaniyadakı “EY” şirkətinin Makroiqtisadiyyat və geostrategiya şöbəsinin rəhbəri Mats Persson bildirib ki, yeni müdafiə prioritetləri ölkənin maliyyə gündəliyini dəyişdirir.
M. Persson əlavə edib ki, krallıq enerji, infrastruktur, səhiyyə və müdafiə sektorlarında “birdəfəlik transformasiyalar” səbəbindən növbəti 15 il ərzində artan maliyyələşdirmə ehtiyacları ilə üzləşəcək.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək