Tarix: 29-12-2025 11:40 | Bölmə: Dünya

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Trampla telefon danışığını tərifləyərək, bu müddət ərzində əhəmiyyətli irəliləyiş olunduğunu qeyd edib.
Reyting.az-ın məlumatına görə, o, bu barədə “X” sosial media platformasında yazıb.
Fon der Lyayen bildirib ki, Tramp, Zelenski və bir neçə digər Avropa lideri ilə bir saatlıq məhsuldar söhbət ediblər.
"Əhəmiyyətli irəliləyiş əldə edilib və biz bundan çox məmnunuq. Avropa bu irəliləyişi möhkəmləndirmək üçün Ukrayna və amerikalı tərəfdaşlarımızla əməkdaşlığa davam etməyə hazırdır", - deyə AK rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, bu səylərdə ən vacib şey ilk gündən etibarlı təhlükəsizlik zəmanətləri əldə etməkdir.
Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, yanvarın əvvəlində Parisdə "istəklilər koalisiyası" ölkələrinin görüşü keçiriləcək və orada hər bir ölkənin Ukrayna üçün təhlükəsizlik zəmanətləri sisteminə verdiyi konkret töhfələri yekunlaşdırmağı planlaşdırırlar.
Xatırladaq ki, Zelenski və Tramp dünən Floridada sülh danışıqları üçün görüşüblər.
Daha sonra Ukrayna prezidenti bildirib ki, Amerika və Ukrayna komandaları yaxın gələcəkdə "sülh planı"nın aspektləri üzərində işləməyə davam edəcəklər.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək