Tarix: 27-12-2025 00:20 | Bölmə: Dünya

Rusiya Kiyevin təşəbbüsü ilə sülh planı üzrə referendum keçirmək üçün Ukraynada atəşkəsin vacibliyini başa düşür.
Bu barədə "Axios" portalına yüksək rütbəli ABŞ rəsmisi bildirib.
Nəşrə müsahibəsində ABŞ rəsmisi Ukraynanın lideri Volodimir Zelenskidən sitat gətirib: "Zelenski bildirib ki, Rusiya ən azı 60 gün atəşkəsə razılıq versə, xalq səsverməsi keçirməyə hazırdır" , - yazıda qeyd olunub.
Adı açıqlanmayan rəsminin sözlərinə görə, Moskva bu zərurəti başa düşür, lakin 60 gündən daha qısa müddət istəyir.
Ukrayna Prezidenti sülh planının şərqdə ağrılı ərazi güzəştlərini nəzərdə tutduğunu və bunun üçün Ukrayna xalqının razılığını almalı olduğunu vurğulayıb.
"Vacib məsələlərdən biri müqavilənin müddətidir. ABŞ uzadıla bilən 15 illik pakt təklif edib. Mən düşünürəm ki, bizə 15 ildən çox lazımdır", - Zelenski bildirib və əlavə edib ki, əgər ABŞ Prezidenti Donald Tramp görüşdə bu məsələdə razılıq əldə olunsa, o, bunu "böyük uğur" sayacaq(Report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək