Tarix: 23-12-2025 17:42 | Bölmə: Dünya

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb.
Reyting.az xatırladır ki, o, bu ilin aprel ayına qədər DTX-nin rəhbəri vəzifəsində çalışıb.
Bu səhər Liluaşvili saxlanıldığı məhkəmə çağırışından sonra dindirilmək üçün prokurorluğa gəlib. Jurnalistlər onun həbs olunacağını gözləsələr də, bu barədə soruşulduqda Liluaşvili “Allahın iradəsi olsun” cavabını verib.
Liluaşvilinin həbsi gözlənilən idi - onun yaxın çevrəsinin bir neçə üzvü əvvəllər saxlanılıb.
Baş prokuror Giorgi Qvarakidze brifinqdə Liluaşvilinin bir neçə cinayət işində rüşvət almaqda ittiham olunduğunu açıqlayıb.
Liluaşvili Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi, “Bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla xüsusilə külli miqdarda rüşvət alma” ilə ittiham olunur. Onu 11 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
Hazırda “Liluaşvili işi”nin ən azı dörd maddə ilə əlaqəli olduğu məlumdur.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək