Tarix: 22-12-2025 18:26 | Bölmə: Dünya

Ukrayna Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi (GUR) Rusiyadakı “Tamanneftegaz” dəniz neft terminalına hücum edib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediasI GUR-dakı mənbələrinə istinadla yazıb.
Məlumata görə, zərbələr neft terminalındakı avadanlıqlara, mayeləşdirilmiş neft-qaz terminalına, liman infrastrukturuna ziyan vurub və genişmiqyaslı yanğına səbəb olub.
Mənbələr bildirir ki, hərbi kəşfiyyat Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində birbaşa iştirak edən təcavüzkar dövlətin enerji sektoruna qarşı sanksiyaları artırır.
“Tamanneftegaz” tərəfindən idarə olunan Taman Daşıma Kompleksi Qara dəniz bölgəsindəki ən böyük komplekslərdən biridir. Onun neft məhsulları və maye qaz üçün ümumi saxlama tutumu 1 milyon kubmetrdən çoxdur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Tamanneftegaz” terminalının məhv edildiyini təsdiqləyib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək