Tarix: 22-12-2025 09:25 | Bölmə: Dünya

Rusiyada "Solntsevo" adlı mütəşəkkil cinayətkar dəstənin keçmiş liderlərindən biri sayılan Viktor Averin həlak olub.
Reyting.az-ın məlumatına görə, Rusiyanın Moskva vilayətində baş verən və ilkin ehtimalla bədbəxt hadisə hesab edilən, həmçinin şübhələr doğuran ölüm faktının ətraflı araşdırılmasına yüksək səviyyədə göstəriş verilib.

Viktor Averin
Uzun illər kriminal qrupa rəhbərlik etmiş bir şəxs kimi xatırlanan Averinin Mıtişşidə fəaliyyət göstərən yaxta klubunda qayıqla gəzintiyə çıxdığı zaman qəfil suya düşərək boğulduğu bildirilir.
Rəsmi məlumatda qeyd olunur ki, öncə söylənildiyi kimi, altı adam həlak olmayıb, əksinə, qayıqda olan digər 5 nəfər xilas edilib.
Eyni zamanda, qayıqdakı daha bir məşhur Rusiya ictimaiyyətinə yaxşı tanış olan 76 yaşlı biznesmen Viktor Xmarindir. Çirkli pulların yuyulmasında, o cümlədən digər qanunsuz əməllərdə dəfələrlə adı hallanan iş adamı Xmarin Rusiya prezidenti Vladimir Putinin tələbəlik illərindən ən yaxın dostlarından biridir və onun əmisi qızı ilə ailə qurub.

Viktor Xmarin
"Solntsevo" adı ilə tanınan və 1990-cı illərin əvvəllərində Rusiyanın ən nüfuzlu cinayətkar qruplaşmalarından birinin liderindən hesab edilən Averin qruplaşmanın qurucusu kimi qəbul olunan Sergey Mixaylovun əsas tərəfdaşlarından biri kimi tanınıb. Ancaq kriminalllarla yaxın əlaqələrinə görə, ictimai qınaq altında olsa da, Averin heç vaxt məhkumluq həyatı yaşamayıb və onlarla yaxınlığını etiraf etməyib.
Şayiələrə görə, suda boğulan Viktor Averin Xmarinin bəzi "qaranlıq" işlərində ona yardım edən əsas fiqurlardan biri olub.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək