Tarix: 18-12-2025 17:10 | Bölmə: Dünya

Rusiya kəşfiyyatının Belçika siyasətçilərinə və yüksək vəzifəli maliyyə qurumlarının rəhbərlərinə qarşı qorxutma kampaniyası təşkil etdiyi bildirilir.
Reyting.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Avropa kəşfiyyat orqanlarının məlumatlarına istinadla yazıb.
Məlumata görə, kampaniya Belçika rəhbərliyində təmsil olunan şəxsləri, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçika depozitarisi “Euroclear”da çalışan əsas vəzifəli şəxsləri hədəf alıb. Xüsusilə “Euroclear”ın baş direktoru Valeri Urbain daha çox təhdidlərlə üzləşib.
Nəşrin Avropa rəsmiləri arasındakı mənbələrinin bildirdiyinə görə, bu qorxutma kampaniyasının arxasında Rusiya hərbi kəşfiyyatının (GRU) dayandığı ehtimal olunur.
Kampaniyanın konkret mahiyyəti ilə bağlı isə hələlik ətraflı məlumat açıqlanmayıb.

Qeyd olunur ki, “Euroclear”ın baş direktoru Valeri Urbain və icraçı şurasının yeddi üzvünün təhlükəsizliyini təmin etmək məqsədilə Fransanın özəl təhlükəsizlik şirkəti “Amarante” ilə müqavilə bağlanıb.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankına məxsus təxminən 260 milyard avro dəyərində aktiv Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Qərb ölkələrində dondurulub.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək