Tarix: 18-12-2025 15:13 | Bölmə: Dünya

“Ukraynanın maliyyələşdirilməsinin həll yolunu tapmaq üçün intensiv müzakirələrə sadiqəm. Plana əsasən, növbəti iki il ərzində Ukraynaya 90 milyard avro ayrılması barədə razılığa gəlinməlidir”.
Reyting.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Avropa Şurasının iclası başlamazdan əvvəl deyib.
“Avropa Şurasında bir əsas məqsədimiz var - Ukrayna üçün sülh. Dinc güc və buna nail olmaq üçün Ukraynanın növbəti iki il - 2026 və 2027-ci illər üçün etibarlı maliyyələşdirməyə ehtiyacı var”, - deyə Komissiya rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Avropa Şurası bunu etməyə öhdəlik götürüb:
“Sonuncu dəfə olaraq, Ukraynanın maliyyələşdirmə boşluğunu növbəti iki il üçün bağlayacağıq. Söhbət 137 milyard avrodan gedir ki, bu da zəruridir. Bu, bizim öz qiymətləndirməmiz və BVF-nin qiymətləndirməsidir. Və biz bu məbləğin üçdə ikisini - 90 milyard avronu ödəməyə sadiqik”.
Avropa Komissiyasının prezidenti Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərar vermək üçün iki variant təklif edib. Biri Aİ büdcəsi vasitəsilə maliyyələşdirmə (büdcə borcu), ikincisi isə təzminat kreditidir.
O, bu iki variantdan hansının seçiləcəyini müəyyən etmək üçün bu gün müzakirə aparılacağını açıqlayıb. Onun sözlərinə görə, bu günün əsas nəticəsi növbəti iki il üçün Ukraynanın maliyyə dəstəyi ilə bağlı qərar olmalıdır.
“Avropa Şurasını Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı qərar olmadan tərk etməyəcəyik və iki variantdan biri Avropa Şurasında razılaşdırılmalıdır”, - deyə Urusla fon der Leyen vurğulayıb.
Bundan əlavə, Avropa Komissiyasının prezidenti Belçikanın Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı narahatlıqlarına cavab verib:
“Tamamilə aydındır və mən bunu dəstəkləyirəm ki, əgər biz təzminat kreditini təsdiq etsək, risk hamımız tərəfindən bölüşdürülməlidir. Bu, həmrəylik məsələsidir və Avropa İttifaqının fundamental prinsipidir”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək