Tarix: 18-12-2025 08:04 | Bölmə: Dünya

Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Vi Sunq-lak ölkəsinin atom sualtı qayıqları inşa etmək üçün ABŞ-la ikitərəfli sazişə çox böyük ehtiyac duyduğunu deyib.
Reyting.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, rəsmi Seul bu sahədə Avstraliya təcrübəsini nümunə götürür.
Koreyalı məmur xatırladıb ki, bu sahədə bir müddət əvvəl Avstraliya və ABŞ arasındakı bağlanan razılaşma sayəsində ABŞ-nın Atom Enerjisi Qanununun 91-ci maddəsi üzrə istisna əldə olunub. Avstraliya 2021-ci ilin "AUKUS" sazişinə qoşulmaqla, atom sualtı qayıqları almasını təmin edib.
Müşavir həmçinin vurğulayıb ki, Avstraliya ilə ABŞ arasındakı razılaşma və bu ölkənin "AUKUS" müqaviləsi çərçivəsində əldə edə bildiyi istisna mexanizmini əsas nümunə kimi nəzərdən keçirən Cənubi Koreya da, bu yolla mövcud mülki nüvə əməkdaşlığı ilə bağlı sazişdəki məhdudiyyətləri tamamilə aradan qaldırmağı mümkün sayır.
Vi Sunq-lak yaxın zamanlarda ABŞ-a səfər edəcəyini, zənginləşdirilmiş uran, istifadə olunmuş yanacağın emalı, həmçinin atom sualtı qayıqları üzrə əməkdaşlığın müzakirə olunacağını bildirib. Milli təhlükəsizlik üzrə müşavir bu səfəri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio və prezident Donald Tramp administrasiyasının digər yüksək vəzifəli rəsmiləri ilə önəmli görüşlər planlaşdırdığını vurğulayıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək