Tarix: 17-12-2025 20:10 | Bölmə: Dünya

Avropada yayılmaqda olan yeni qrip ştamı səhiyyə xidmətlərinə güclü təzyiq göstərir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge bildirib.
Onun sözlərinə görə, qrip hər il qış mövsümündə müşahidə olunur, lakin bu il vəziyyət fərqlidir. "Xəstəliyin kiçik genetik mutasiyası belə səhiyyə sisteminə böyük təzyiq göstərə bilər," – deyə Kluge vurğulayıb.
Proqnozlara əsasən, Avropada qrip mövsümü dekabrın sonu və ya yanvarın əvvəlində zirvəyə çatacaq. O, vəziyyətin ciddi olduğunu, lakin COVID-19 pandemiyası dövründəki kimi qlobal fövqəladə vəziyyət səviyyəsinə çatmadığını qeyd edib.
ÜST-nin məlumatına görə, Avropada təsdiqlənmiş qrip hallarının təxminən 90 %-i A(H3N2) virusuna – "Honkonq qripi" kimi tanınan ştama aiddir.
Fransada tibbi xidmətlər bu ştamın müxtəlif yaş qrupları arasında güclü aktivliyini müşahidə edir. İspaniyada qripə yoluxma halları artıq ötən ilin göstəricilərini keçib. Almaniyada isə qrip mövsümü adi vaxtdan iki-üç həftə əvvəl başlayıb(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək