Tarix: 16-12-2025 16:41 | Bölmə: Dünya

Bondi çimərliyində atəş açan ata və oğul, ehtimal ki, İŞİD ideologiyasından (terror təşkilatı kimi tanınan və Rusiyada qadağan olunmuş bir təşkilat) motivasiya ediliblər.
Reyting.az xəbər verir ki, bunu çərşənbə axşamı Avstraliyanın baş naziri Entoni Albanese ABC-yə müsahibəsində deyib.
Xatırladaq ki, Səcid Əkrəm (polislə atışmada öldürülüb) və oğlu Navid (yaralandıqdan sonra komadadır) bazar günü axşamı Hanukka bayramını qeyd etmək üçün məşhur çimərlikdə toplaşan yəhudi izdihamına atəş açaraq 15 nəfəri öldürüb və onlarla insanı yaralanıb. Avstraliya hakimiyyəti dərhal hücumun ölkə yəhudiləri arasında panika yaratmaq məqsədi daşıdığını iddia etsə də, qatillərlə bağlı ilk qiymətləndirmə indi verilib.
Baş nazirin sözlərinə görə, on ildən çox əvvəl İŞİD-in (terror təşkilatı kimi tanınan təşkilat) ortaya çıxması ilə dünya ekstremizm və bu nifrət dolu ideologiya ilə qarşılaşıb.
E. Albanese əlavə edib ki, Navid Əkrəm 2019-cu ildə Avstraliya kəşfiyyatının diqqətinə düşüb. Lakin o, həmin vaxt birbaşa təhlükə hesab edilməyib.
AFP-nin məlumatına görə, ölkə hakimiyyəti faciənin qarşısını almaq üçün nə edə biləcəyi ilə bağlı çoxsaylı suallarla üzləşir. Polis hələ də cütlüyün atışmadan əvvəl harada olduqlarını araşdırır. Onların, həmçinin bu ilin noyabr ayında Filippinə səfərləri zamanı İslam ekstremistləri ilə görüşüb-görüşmədiklərini müəyyən etməyə çalışırlar.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək