Tarix: 15-12-2025 12:26 | Bölmə: Dünya

Britaniya kəşfiyyatının (MI6) yeni rəhbəri Blez Metreveli “aqressiv və ekspansionist” Rusiyaya sərt reaksiya verərək, Kremlə Britaniya casuslarının Ukraynanı tərk etməyəcəkləri barədə xəbərdarlıq edib.
Reyting.az Britaniya mediasına istinadla bildirir ki, MI6-nın qərargahında ilk çıxışında Metreveli Britaniyanın Kiyevə sarsılmaz sadiqliyini bəyan edib.
“Putinin dəstəyimizin sarsılmazlığına şübhəsi olmamalıdır. Ukraynanın maraqları naminə tətbiq etdiyimiz təzyiq davam edəcək. Xaosun ixracı səhv deyil, Rusiyanın beynəlxalq əməkdaşlığa yanaşmasının xüsusiyyətidir və biz Putin fikrini dəyişməyə məcbur olana qədər bunun davam etməsinə hazır olmalıyıq”,- Britaniyanın baş kəşfiyyatçısı bəyan edib.
Britaniya mediası xatırladır ki, bu açıqlama ABŞ prezidenti Donald Tramp administrasiyası “sülh sazişi”ndə israr etməyə və Ukraynaya əhəmiyyətli ərazi güzəştləri əldə etmək üçün təzyiq göstərməyi bir vaxtda verilib.
Qeyd olunur ki, Rusiya əvvəllər Avropaya qarşı hibrid müharibə aparmaqda, kiberhücumlar və dronlardan istifadə edərək panik yaratmaq cəhdində ittiham olunub.
Britaniya hərbi kəşfiyyatı həmçinin xəbərdarlıq edib ki, Putin dəniz donanmasını vacib sualtı kabelləri və boru kəmərlərini hədəf almaq üçün modernləşdirir.
Xatırladaq ki, Metreveli bu ilin əvvəlində MI6-ya rəhbərliyi öz üzərinə götürməklə, 116 illik tarixində xarici kəşfiyyat xidmətinə rəhbərlik edən ilk qadın olub.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək