Tarix: 15-12-2025 12:19 | Bölmə: Dünya

Kreml əvvəllər Rusiya üçün çox əlverişli olan ABŞ sülh planının əsas məqamlarını rədd etdikdən sonra Ukrayna və Avropanın sülh planı təkliflərini rədd etmək üçün şərtlər qoyur.
Reyting.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildiriblər.
Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib ki, Rusiya öz mövqeyini “çox aydın şəkildə” ifadə edib, Ukrayna və Avropa sülh planına düzəliş etsə, “sərt etirazları” olacaq.
Onun sözlərinə görə, Rusiya Donbasda silahsızlaşdırılmış “bufer zona” ilə bağlı hər hansı müzakirələr də daxil olmaqla, müxtəlif “ərazi məsələləri” ilə bağlı müddəaları qəbul etməyəcək.
Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın sülh müqaviləsi ilə bağlı Avropanın mövqeyinin yenidən nəzərdən keçirilməsində maraqlı olmadığını vurğulayıb.
ISW analitikləri xatırladıblar ki, 11 dekabrda Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ sülh planının yeddi bəndini, o cümlədən təmas xəttinə əsaslanan ərazi mübadiləsi və Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ilkin planın müddəalarını rədd edib.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək