Tarix: 12-12-2025 17:50 | Bölmə: Dünya

Slovakiya Avropa Komissiyasının Ukraynaya dondurulmuş Rusiya aktivlərindən istifadə edərək təzminat krediti vermək qərarını dəstəkləməyəcək.
Reyting.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko sosial media hesabında yazıb.
“Slovakiya yalnız əzab və ölümü uzadan planlarda iştirak etməyəcək. Avropa Şurasının qarşıdan gələn iclasında Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsini əhatə edəcək heç bir qərarı dəstəkləməyəcəyəm”, - Fiko qeyd edib.
Baş nazir bildirib ki, Ukrayna münaqişəsinin hərbi həlli yoxdur, Avropa Birliyinin bu münaqişə ilə bağlı strategiyası səhv və təsirsizdir:
“Müharibəni davam etdirmək Ukraynanın potensial sülh danışıqlarında mövqeyini gücləndirmədən mənasız qətldən başqa bir şey deyil”.
Fiko hesab edir ki, hərbi xərclərə on milyardlarla avro ayırmaq müharibəni uzadır və dondurulmuş Rusiya aktivlərinin istifadəsi ABŞ-nın sülh səylərini birbaşa təhlükəyə ata bilər.
Fiko əlavə edib ki, Slovakiya hökuməti Ukraynaya humanitar işlərin bir çox sahəsində köməklik göstərən, onu elektrik enerjisi və qazla təmin edən etibarlı və dəstəkləyici bir oyunçudur: “Üstəlik, Slovakiya müharibədən qaçan təxminən 200.000 Ukrayna vətəndaşına ev sahibliyi edir”.
Bundan əlavə, baş nazir bildirib ki, Slovakiya Ukraynanın AB-yə daxil olmasını dəstəkləyir.
Onu da qeyd edək ki, Macarıstan və Slovakiya Avropa Birliyinin Rusiya neft və qaz idxalını qadağan etmək planına etirazlarını bildirmək üçün Avropa Ədalət Məhkəməsinə müraciət etmək niyyətindədirlər.
Y. QACAR
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək