Tarix: 10-12-2025 18:18 | Bölmə: Dünya

2025-ci ildə Ukraynaya xarici maliyyə dəstəyi tammiqyaslı müharibənin başlanğıcından sonra ən aşağı səviyyəyə enmək riski ilə üzləşib. Avropa Kiyevə cəmi 4,2 milyard avroluq yeni hərbi yardım ayırsa da, bu, ABŞ-nın dəstəyinin bitməsini kompensasiya etmək üçün çox azdır.
Reyting.az xəbər verir ki, bu barədə “Ukrayna Dəstək İzləyicisi” layihəsinin tədqiqatçıları bildiriblər.
2025-ci ilin birinci yarısında rekord səviyyədə dəstəkdən sonra hərbi yardım yay ərzində kəskin şəkildə azalıb - bu tendensiya sentyabr və oktyabr aylarında da davam edib. Hazırkı templə, Avropa vəsaitləri bu il ABŞ-nın hərbi yardımının olmamasını tam kompensasiya etmək üçün kifayət deyil.
2022-2024-cü illərdə (Avropa, ABŞ və digər donorlar daxil olmaqla) illik ayırmalar orta hesabla təxminən 41,6 milyard avro təşkil etsə də, 2025-ci ildə cəmi 32,5 milyard avro ayrılıb. Əvvəlki səviyyəyə çatmaq üçün müttəfiqlər ilin sonuna qədər əlavə 9,1 milyard avro ayırmalıdırlar.
Avropada daxili balanssızlıq da oktyabr ayına qədər genişlənib. Fransa, Almaniya və Böyük Britaniya 2022-2024-cü illər ilə müqayisədə hərbi ayırmalarını kəskin şəkildə artırıblar: Almaniya demək olar ki, üç dəfə, Fransa və Böyük Britaniya isə iki dəfədən çox artırıb.
Bununla belə, 2021-ci il ÜDM-nin faizi olaraq, hər üç ölkə aparıcı Skandinaviya donorlarından - Danimarka, Finlandiya, Norveç və İsveçdən xeyli geri qalır.
İtaliya və İspaniya ilə ziddiyyət daha da kəskindir: heç biri 2025-ci ildə hərbi xərclərini artırmayıb. İtaliya onsuz da aşağı olan dəstəyini 2022-2024-cü illər ilə müqayisədə 15 faiz azaldıb. İspaniya bu il yeni hərbi yardım göstərməyib. Bu məhdud iştirak Avropanın ümumi dəstəyini əhəmiyyətli dərəcədə zəiflədib.
Avropa müttəfiqlərinin məhdud resursları nəzərə alınmaqla, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün köçürülməsi olduqca vacibdir. Kiyevin hərbi büdcəsi tükənir. Rosaktiv yalnız potensial maliyyələşdirmə boşluğunu bağlamayacaq, həm də Ukraynaya potensial sülh danışıqlarında güclü mövqe qazandıracaq.
Bu həftənin əvvəlində G7 maliyyə nazirləri bu ölkələrdə ələ keçirilən Rusiya aktivlərinin Ukraynaya köçürülə biləcəyi barədə birgə bəyanat yayıblar, lakin bəyanatda heç bir konkret təfərrüat verilməyib.
V.QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək