Tarix: 08-12-2025 00:28 | Bölmə: Dünya

ABŞ, İsrail və Qətərin nümayəndə heyəti bazar günü Nyu-Yorkda İsrailin Dohaya uğursuz hava hücumundan sonra münasibətləri bərpa etmək məqsədilə üçtərəfli görüş keçiriblər.
Reyting.az xəbər verir ki, bunu “Axios” nəşri məsələyə bələd olan iki mənbəyə istinadla yazıb.
Bildirilir ki, bu görüş Qətərin əsas vasitəçi kimi çıxış etdiyi Qəzza müharibəsinə son qoymaq barədə əldə olunan razılaşmadan sonra tərəflər arasında keçirilən ən yüksək səviyyəli təmasdır.
Görüş, Tramp administrasiyasının Qəzza sülh prosesinin yeni mərhələyə keçdiyini elan etməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Görüşə Ağ evin təmsilçisi Stiv Uitkoff sədrlik edib. Məlumata görə, İsraili Mossad rəhbəri David Barnea, Qətəri isə yüksək vəzifəli bir rəsmi təmsil edib.
Xatırladaq ki, sentyabrın 9-da İsrail təyyarələri Dohada Fələstin HƏMAS qruplaşmasının liderlərinə qarşı görünməmiş hava hücumu həyata keçirib. Hücumda HƏMAS-ın yüksək rütbəli rəhbərliyi sağ qalsa da, Qətərin təhlükəsizlik əməkdaşı həlak olub. Bunun ardından Qətər İsrail və HƏMAS arasında vasitəçilik rolundan imtina edib. Ərəb ölkələri isə baş nazir Binyamin Netanyahunun hökumətini kollektiv şəkildə qınayıb və Tramp administrasiyasını İsraili müharibəni dayandırmağa məcbur etməyə çağırıb.
Həmin ayın sonunda Netanyahu, Trampın hücuma görə üzr istəməsi ilə Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Taniyə zəng edib. Bundan sonra Qətər vasitəçilik fəaliyyətini bərpa etsə də, İsrail və Qətər - ABŞ-ın Yaxın Şərqdəki ən mühüm tərəfdaşlarından ikisi - arasında münasibətlər gərgin olaraq qalıb.
Böhranı həll etmək üçün ABŞ “koordinasiyanı gücləndirmək, ünsiyyəti yaxşılaşdırmaq, qarşılıqlı narazılıqları aradan qaldırmaq və təhdidlərin qarşısını almaq üçün kollektiv səyləri artırmaq” məqsədilə üçtərəfli mexanizm təklif edib.
Bazar günü keçirilən görüş bu mexanizm çərçivəsində üç ölkənin ilk dəfə bir araya gəldiyi tarix kimi qeyd olunur.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək