Tarix: 06-12-2025 11:16 | Bölmə: Dünya

Dekabrın 5-də Almaniyanın müxtəlif şəhərlərində yüzlərlə məktəbli hərbi çağırış islahatına etiraz etmək üçün küçələrə çıxıb. Ölkənin paytaxt şəhəri Berlinlə bərabər 90 şəhərdə keçirilən kütləvi aksiyalar həm də dərs vaxtına təsadüf edib.
Reyting.az xəbər verir ki, müəllimlərin çoxu narahatlıq doğuran bu məsələ ilə bağlı öz şagirdlərini dəstəkləməkdən imtina ediblər.
Qeyd olunur ki, nümayişlərə qatılan və azyaşlı uşaqları olan çoxsaylı valideynlər yeniyetmə etirazçılarla birlikdə yürüş ediblər.
Etirazlara əsas səbəb bundestaqın yeni təsdiqlədiyi sənəddir. Bu qanuna görə, Almaniyanın hər bir vətəndaşı 18 yaşı tamam olandan sonra məcburi tibbi müayinədən keçməli, hərbi xidmətdə könüllü qalsa belə, yenidən lazım olduqda, xidmətdə əsgər çatışmazlığı səbəbindən növbəti dəfə püşkatma yolu ilə həyata keçirilən çağırışla Alman ordusunda xidmətə cəlb oluna bilər.
Almaniyanın Berlin şəhəri də daxil olmaqla, 90 şəhərdə keçirilmiş bu aksiyalarda 3000-dən çox, hətta bəzi mənbələrə görə, 5000 nəfərdən çox məktəbli, həmçinin azyaşlı övladı olan valideynlər, xüsusilə, analar iştirak ediblər.



Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək