Tarix: 05-12-2025 18:42 | Bölmə: Dünya

İsveçrə ilk səkkiz “F-35” qırıcı təyyarəsinin alınması üçün Amerikanın “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.
Reyting.az xəbər verir ki, bu barədə İsveçrə KİV-ləri Müdafiə Təchizatı üzrə Federal Ofisə istinadla məlumat yayıb.
Bu, İsveçrənin Amerika “F-35” təyyarələrinin alınmasında ilk addımdır. Təyyarələr hazırda ABŞ-da sınaqdan keçirilir. Onların 2027-2029-cu illər arasında İsveçrəyə gəlməsi gözlənilir.
Müdafiə Təchizatı üzrə Federal Ofisin məlumatına görə, hazırda istehsalçı ilə 28 təyyarədən ibarət iki əlavə partiya üçün müqavilələr üzrə danışıqlar aparılır. Ümumilikdə, İsveçrə hökuməti Amerika şirkətinə 36 qırıcı təyyarə sifariş edib. Müqavilələrin dəyəri açıqlanmayıb.
İsveçrə parlamenti Amerika qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni 2022-ci ilin sentyabr ayında təsdiqləyib.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək