Tarix: 05-12-2025 17:34 | Bölmə: Dünya

“ABŞ-ın Avropadan qoşunlarını çıxarması bizim üçün əlavə müdafiə yükü yaratmayacaq”.
Reyting.az xəbər verir ki, bunu NATO-nun Avropa üzrə ali müttəfiq komandanı, general Aleksus Qrinkeviç deyib.
General Rusiyanın yaxın gələcəkdə NATO-nun kollektiv müdafiəsini sınaya biləcəyindən narahatlığını da ifadə edib.
“Avropadakı Amerika qoşunlarının azaldılması qitənin müdafiəsinə əlavə yük yaratmayacaq. Mən Avropa və Kanadanın imkanlarına əminəm. Biz bu gün hər hansı bir böhrana və ya gözlənilməz vəziyyətə hazırıq”, - deyə general əlavə edib.
Qrinkeviç vurğulayıb ki, Ukrayna sülh danışıqları ilə bağlı yaranmış siyasi gərginlik NATO-nun missiyasını yerinə yetirmək qabiliyyətinə təsir göstərməyib.
Komandanın sözlərinə görə, müttəfiqlərin müdafiə xərclərini artırmaq vədi NATO-nun Rusiya ilə qarşılaşmaq və hər hansı bir qoşun çıxarılmasına cavab vermək üçün “sabah hazırlıqlı olacağıq”,- deməkdir.
Qeyd edək ki, Qrinkeviçin şərhləri prezident Donald Trampın qarşıdan gələn müdafiə strategiyası nəticəsində Amerika qoşunlarının Avropadan çıxarılmasının gözlənildiyi narahatlıqlar fonunda səslənir.
Avropadakı Amerika qoşunlarının sayının azaldılması ilə bağlı narahatlıqlar, həmçinin Vaşinqtonun Tramp rəhbərliyi altında ittifaqa sadiqliyi ilə bağlı daha geniş müzakirəni əks etdirir.
“Politico” yazır ki, bəzi Avropa müttəfiqləri ABŞ-dakı vəziyyətdən gizli şəkildə narahatdırlar, lakin açıq şəkildə NATO-nun hesablaşmalı bir qüvvə olaraq qalmasında israr edirlər.
Eyni zamanda, Qrinkeviç Rusiyanın NATO-nun kollektiv müdafiəsini “yaxın müddətdə”, eləcə də “orta müddətli və təbii ki, uzunmüddətli” dövrdə sınaqdan keçirə biləcəyindən narahatlığını ifadə edib.
“Biz də proaktiv olmağı düşünürük”, - deyə o, ətraflı məlumat vermək istəməyib.
Onu da qeyd edək ki, ABŞ-ın Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiya da daxil olmaqla, bir neçə Şərqi Avropa ölkəsindəki hərbi kontingentini azaltmağı planlaşdırır.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək