Tarix: 05-12-2025 08:55 | Bölmə: Dünya

Belarus Respublikasının Qomel şəhərindəki "Santeks" zavodu Rusiya sanksiyalarından dolayı bu ölkəyə "DJI" dronları tədarük edir. Araşdırmalara görə, zavod 2022–2023-cü illərdə Rusiyaya 309 ədəd dron satıb ki, bu dronlar da Rusiyaya məxsus "Santross" və "Rustakt" şirkətlərinə göndərilib.
Reyting.az-ın məlumatına görə, "Rustakt" şirkəti həm də Çindən çox böyük həcmdə elektronika avadanlıqları alıb kamikadze dronları istehsal edir.
Hazırda bu sahədə fəaliyyətini davam etdirən "Rustakt" şirkətinin hətta Rusiya hərbi qurumlarından 1,12 milyard dollarlıq sifariş aldığı da bildirilib.
Bununla bağlı müstəqil tədqiqatlar aparan Belarus Araşdırmalar Mərkəzi tərəfindən təqdim edilmiş yeni hesabata görə, Belarus şirkətləri 2022–2025-ci illərdə Rusiyaya 20 mindən çox dron satıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək