Tarix: 04-12-2025 15:57 | Bölmə: Dünya

İraq BMT-nin qətnaməsinə uyğun olaraq İŞİD və “Əl-Qaidə” ilə əlaqəli şəxsləri terror təşkilatları siyahısına salıb.
Reyting.az xəbər verir ki, İraq Mərkəzi Bankı siyahıda yer alan şəxslərə və qruplara sanksiya tətbiq edilib.
Eyni zamanda İraqın “Rəsmi Qəzeti”ndə dərc olunan siyahıya görə, Livan “Hizbullah”ı və husilərin daşınar və daşınmaz aktivləri də dondurulub.
Qeyd edilib ki, “Terrorçuların Aktivlərinin Dondurulması Komitəsi” tərəfindən 17 noyabr 2025-ci il tarixli qərar, “Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə İdarəsi” tərəfindən 19 mart 2025-ci il tarixində təqdim edilmiş hesabata əsasən, “Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə haqqında” 2015-ci il tarixli 39 saylı qanuna və Terrorçuların Aktivlərinin Dondurulması Sisteminin müvafiq maddəsinə uyğun olaraq qəbul edilib.
İraq Mərkəzi Bankındakı “Terrorçuların Aktivlərinin Dondurulması Komitəsi” yazılı açıqlamasında bildirib:
“Qərar Malayziya dövlətinin tələbi və BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinə uyğun olaraq qəbul edilib. Bu qərar İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli bir sıra şəxslərin və təşkilatların aktivlərinin dondurulmasını əhatə edir”.
Bəyanatda qeyd olunur ki, siyahıda adı çəkilən iki təşkilatda (Hizbullah və husilər) heç bir terror fəaliyyəti olmayan bəzi partiya və təşkilatlar da var. İraq tərəfinin təsdiqinin yalnız İŞİD və “Əl-Qaidə” ilə əlaqəli şəxslərə və təşkilatlara şamil edildiyi vurğulanıb.
Lakin bəyanatda bəzi digər təşkilatların siyahıya daxil edilməsinin səbəbinin siyahının “lazımi düzəlişlər edilmədən” dərc olunması ilə bağlı olduğu izah edilib.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək