Tarix: 03-12-2025 18:55 | Bölmə: Dünya

Polşanın Konstitusiya Tribunalı (məhkəməsi) çərşənbə günü qəbul etdiyi qərarla Polşa Kommunist Partiyasının fəaliyyətini qadağan edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Polsat News” yayıb.
Polşanın ali məhkəməsi qərara alıb ki, Kommunist Partiyasının məqsəd və fəaliyyəti Polşa Konstitusiyasının müddəalarına ziddir - Konstitusiya nasizm, faşizm və kommunizmi təbliğ edən partiyaların fəaliyyətini qadağan edir.
Nəticədə, Polşa Kommunist Partiyasının qeyri-qanuni elan olunması və partiya reyestrindən çıxarılması barədə hökm verilib.
“Polşa Respublikasının hüquqi məkanında milyonlarla insanın, o cümlədən həmvətənlərimizin - Polşa vətəndaşlarının - ölümünə cavabdeh olan cinayətkarları və kommunist rejimlərini mədh edən partiyaya yer yoxdur”, - deyə Konstitusiya Tribunalının hakimi Kristina Pavloviç qərarın əsaslandırılmasında bildirib.
Hökm elan olunmazdan əvvəl 35 kommunist partiyanı birləşdirən Kommunist İnternasionalı Polşanın bu siyasi gücü qadağan etmək niyyətini tənqid etmişdi.
“Polşa Kommunist Partiyasını qadağan etmək cəhdi Polşa burjuaziyası və hökumətinin, eləcə də rəsmi ideologiyası antikommunizm olan Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən əvvəlki səylərin kulminasiyasıdır”, - deyə İnternasionalın birgə bəyanatında qeyd olunurdu.
Xatırladaq ki, Polşa Kommunist Partiyası 2002-ci ildə yaradılıb. Onun təsisçiləri kommunist rejiminin süqutundan sonra yaradılmış Polşa Kommunistləri İttifaqı - “Proletariat” təşkilatının üzvləri olublar.
Bundan əvvəl Çexiyada Cinayət Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib və bu dəyişikliklər kommunist ideologiyasının təbliğini nasist təbliğatı ilə eyniləşdirir.
Onu da qeyd edək ki, ötən il İsveçrədə İnqilabi Kommunist Partiyasının təsis qurultayı keçirilib və bu, ölkədə 1940-cı ildən bəri özünü kommunist kimi identifikasiya edən ilk partiya olub.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək